İstehsal müdiri
 
JOB TITLE: İstehsal müdiri
EMPLOYER: Atena Group CSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-17 LAST UPDATED: N/A DEADLINE: 2019-11-16

           

Vəzifə: İstehsal müdiri

Vəzifə öhdəlikləri:

İstehsal prosesini son məhsulun keyfiyyətli olması hədəfi ilə düzgün planlanlamaq və nəzarət etmək
Periodik istehsal planlarının hazırlanmasına nəzarət etmək
Xammal və məhsul itkilərini minimuma endirmək üçün təklif və tədbirlər planı hazırlamaq
Aylıq hesabatların-süd itkisi, istehsal maşınlarının səmərəliliyi, işçi səmərəliliyi, enerji istifadəsi, istehsal üzrə hazırlayaraq üst rəhbərə təqdim etmək
İstehsal maşınlarının texniki qulluğunu planlamaq və icrasına nəzarət etmək
Şirkət  məhsullarının keyfiyyət və qida təhlükəsizliyinin tələblərinə  uyğun istehsal edilməsini təmin etmək
Proseslərin yaxşılaşdırılması məqsədilə Satınalma, Keyfiyyət, Texniki qulluq bölmələri ilə koordinasiyalı işləmək
Məhsul geriqaytarmalarını təhlil etmək, səbəblərini araşdırmaq və minimuma endirmək üçün tədbirlər görmək
Tabeçiliyindəki işçi heyətini inkişaf etdirmək, fəaliyyət  səmərəliliyini artırmaq
Üst rəhbəri göstəriş və tapşırıqlarını icra etmək

Namizədə tələblər:

Təcrübə: müvafiq sahə və idarəçilik üzrə minimum 3 illik  təcrübə
Təhsil: Ali  (Qida mühəndisliyi)
Məsuliyyətli, komandada  və stressli vəziyyətində işləməyi bacaran
Yüksək analitik düşüncə, ünsiyyət bacarığı və  liderlik bacarığı,  cəld, qətiyyətli, strateji təfəkkürə sahib olmalı

İş yeri: Atena Süd zavodu, Ağcabadi rayonu, Ağabəyli kəndi
İş şəraiti:  6 günlük iş qrafiki
Nahar şirkət tərəfindən  verilir.

Əmək haqqı: müsahibə əsasında

Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız CV təhlil mərhələsindən keçən namizədlər müsahibəyə dəvət ediləcək.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP