Satış üzrə mütəxəssis
 
JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER: General Supply LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-18 LAST UPDATED: N/A DEADLINE: 2019-11-17

General Supply – dünyanın hər yerində təchizat zənciri, logistika, avadanlıq kirayəsi və saxlama kimi xidmətlər göstərən şirkət qismində tanınır. Komandamıza Satış üzrə mütəxəssis vəzifəsinə təcrübəli, ixtisaslı işçi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Yeni müştərilərin cəlb edilməsi
• Potensial müştərilərin axtarışı;
• Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması;
• Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması;
• Şirkətin satış seqmentinə uyğun marketinq araşdırmalarının aparılması və bu araşdırmalar əsasında biznes planın hazırlanması.
• Müştərilərin təsdiq olunmuş satış proqramına müvafiq müəssisə ilə iş birliyinə cəlb olunması.
• Satışın statistik analizi və müştərilərə təqdim olunan məhsul(xidmət) analizi;
• Müəssisənin və şöbənin reqlamentinə uyğun görülən işlərin nəticələrinə əsasən həftəlik ayliq və illik hesabatların müdiriyyətə təqdim olunması

Namizədə qarşı tələblər:

• Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar
• Təqdimat edə bilmə və inandırmaq bacarığı
• Sərbəst özünə güvənən
• Səlis danışıq
• Dillər: Azərbaycan, və İngilis (Səlis)
• İş stajı 1 il

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@gsupplyllc.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış üzrə Mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP