KSƏTƏM üzrə mütəxəssis
 
JOB TITLE: KSƏTƏM üzrə mütəxəssis
EMPLOYER: Caspian Services Group LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-22 LAST UPDATED: 2019-10-22 DEADLINE: 2019-11-21

İşəgötürən: “Caspian Services Group” MMC

Vəzifə: KSƏTƏM üzrə mütəxəssis

İş rejimi: Tam

İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)

Xəritədə yeri: Ətraflı bu keçiddə

Web: www.caspianservices.az

İş şərtləri:

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-cı gün 09:00-dan 14:00-a qədərdir
• İstirahət: Bazar günü
• İcbari sığorta
• Mehriban kollektiv

Tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan, rus, ingilis dili – yaxşı səviyyədə
• Bu sahə üzrə 3-5 il iş təcrübəsi olmalıdır;
• Bu sahə üzrə sertifikatı olmalıdır;
• Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer;
• Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil olmalıdır;
• Geyim qaydalarına və geyim formasına riayət etmək;
• Tək və komandada işləmə bacarığı olmalı;
• Əmək intizamının yüksək olması;
• Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi.

Bilməlidir:

• Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyini;
• Kargüzarlıq və sənəd dövriyyəsi işlərini;

Vəzifə öhdəlikləri:

• Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
• Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
• İşi düzgün və operativ aparmaq üçün digər şöbələr ilə razılaşdırmaq və onlar ilə daima əlaqə saxlamaq;
• İclaslarda iştirak etməli;
• Təlimlərdə iştirak etməli;
• İş ilə bağlı ezamiyyətlərə getməli;
• Bütün zəruri sənədlərin hazırlanması;
• Şirkətdə Təhlükəsizliyin İdarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək;
• Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
• Təhlükəsiz iş şəraiti yaratmaq və şirkətdaxili siyasət yeritmək;
• İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
• Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
• Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
• Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
• İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
• Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
• Zərərli maddələrin toplanmasını və saxlanılmasını təmin etmək;
• Səs-küylük araşdırmalarını, atmosfer müşahidələrini, hava dövriyyəsi araşdırmalarını, gigiyena proqramlarını tərtib etmək;
• İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbələrinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
• Şirkətdə keyfiyyətə nəzarət sistemini, ətraf mühitin qorunması və əməyin, sağlamlığın mühafizəsi sistemini yaratmaq və tətbiq etmək;
• Sahədə işlərin İş icazəsinə əsasən aparılmasını təmin etmək;
• SƏTƏM və KN standartlarını bütün işçi heyətinə tətbiq etmək;
• İşçilər ilə mütamadi təhlükəsizlik mövzularında tədrislərin təşkili, İş icazəsi, Risklərin Qiymətləndirilməsi kimi təlimləri keçirmək;
• Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması;
• Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm önləyici addımların atılması;
• İş şəraitinin, avadanlıqların və təcrübələrin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;
• Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək;
• Yeni işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək və bununla əlaqədar dərslikləri tərtib etmək;
• KPİ sisteminin hazırlanması və şirkətdaxili tətbiqi;
• Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM `ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. məlumatların toplanması;
• Şirkətin Keyfiyyətin İdarə olunması proqramının tətbiq olunması və şirkətdaxili auditin keçirilməsi.
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;
• Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
• İş ilə bağlı yaranan çatışmazlıqlar/problemlər/nasazıqlar/pozuntular/təhlükələr haqqında rəhbərliyə məlumat verməli;

Qeyd:

• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
• Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Hr@caspianservices.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində KSƏTƏM üzrə mütəxəssis göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
• Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP