Mexanik
 
JOB TITLE: Mexanik
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-22 LAST UPDATED: N/A DEADLINE: 2019-11-21

Vəzifə üzrə tələblər:

• Orta texniki təhsil;
• Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
• Yaş Həddi – 25-35.

Vəzifə öhdəlikləri:

• Texniki baxış planına uyğun texniki baxışların həyata keçirilməsi;
• Təmir planlarına uyğun təmir işlərinin həyata keçirilməsi .Təmir ediləcək avadanlıq üzrə qüsur siyahısının tərtib edilməsi;
• Avadanlıqlarda baş verən nasazlıqları vaxtında aşkarlamaq və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
• Minimum ehtiyat hissələri nəzarətdə saxlamaq və istifadə etdiyi ehtiyat hissənin yenidən alınması üçün rəhbəri məlumatlandırmalı;
• Mexanizmlərdən istifadə etməklə qurğuların, aparatların, maşın və aqreqatların təmiri, quraşdırılması, sökülməsi, yığılması, sınaqdan keçirilməsi və tənzimlənməsi, istismar və təmir zamanı aşkar edilən qüsurların aradan qaldırılması. Təmir edilmiş avadanlığın dəqiqliyinin yoxlanması və yük altında sınaqdan keçirilməsi;
• Xüsusi mürəkkəb maşın qurğularının, aparatların, boru kəmərlərinin, armaturanın sökülməsi, təmiri, yığılması və təmirdən sonra təhvil verilməsi;
• Alət və tərtibatlardan,nəzarət ölçü alətlərindən düzgün istifadə etməyi bacarmalı;
• Detalların və qovşaqların 6-10 kvalitet (keyfiyyət) (1-2-3-cü dəqiqlik dərəcələri) üzrə işlənməsi.Kip, gərginliklə oturdulan avadanlıq və qovşaqların sökülməsi, təmiri və yığılması;
• Yağlama cədvəllərinə uyğun yağlama işlərinin həyata keçirilməsi;
• Hər hansı bir təmir işlərində Əməyin mühəfizəsi və təhlukəsizlik texnikası qaydalarına əməl etməli;
• Bölmədə keyfiyyət menecmenti sisteminin aktual vəziyyətdə saxlanılması.

İş şərtləri:

• Növbəli iş qrafiki;
• İş yeri: Hökməli qəsəbəsi;
• Servis şirkət tərəfindən təmin olunur;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı 700 AZN.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mexanik” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP