Marketinq üzrə mütəxəssis
 
JOB TITLE: Marketinq üzrə mütəxəssis
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-24 LAST UPDATED: N/A DEADLINE: 2019-11-23

MKT İstehsalat Kommersiya MMC "Marketinq üzrə mütəxəssis" vakansiyası elan edir!

Vəzifə öhdəlikləri:

• Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi;
• Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
• Sosial şəbəkələrdə və web səhifəmizdə carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və səhifələrin idarəolunmasına dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması;
• Mövcud və gələcək məhsullara qarşı daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Potensial müştəriləri şirkətin xidmətləri haqqında məlumatlandırılması.

Tələblər:

• Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
• Azərbaycan, İngilis və Rus dili – Səlis ünsiyyət bacarığı;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• MS Office proqramları və müvafiq dizayn proqramları biliyi.

İş qrafiki: 5 günlük, 09:30-18:30

Əmək haqqı: Namizədin bilik səviyyəsinə əsasən əmək haqqı təyin ediləcəkdir.

Müraciət etmək istəyən namizədlər hr@mktcotton.com mail ünvanına "Marketinq üzrə mütəxəssis" başlığı altında CV ilə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP