Satıcı (Ağcabədi)
 
JOB TITLE: Satıcı (Ağcabədi)
EMPLOYER: Embawood DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-25 LAST UPDATED: N/A DEADLINE: 2019-11-24

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 23 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: Satıcı (Ağcabədi)

İş qrafiki :

İş yeri: 5 günlük / saat 09:00 – 18:00
Ağcabədi, Azərbaycan

Işin təsviri :

• Mağazaya gələn müştəriləri professional şəkildə qarşılanması
• Müştəri ilə ünsiyyət quraraq, ehtiyacları haqqında məlumatın əldə edilməsi Müştəri ehtiyacına uyğun məhsulun müştəriyə təqdim edilməsi
• Müştərilərə məhsul qiymətləndirməsi, xüsusiyyətləri və istifadəsi haqqında məlumatın verilməsi
• Satışların doğru və sürətli şəkildə tamamlanması və müştərinin yola salınması
• Müştərilərdən gələn məhsul qaytarma və dəyişmə əməliyyatlarının reallaşdırılması
• Müştərilərin kampaniya ilə endirimlər haqqında məlumatlandırılması və istiqamətləndirilməsi
• Mağazaya gələn telefon çağırışlarını cavablandırılması
• Mağazanın vitrin, rəf və dəzgahlarının nizamının təmin edilməsi

Tələblər :

• Orta və ya orta texniki təhsil
• Müvafiq sahə üzrə iş təcrübəsi
• Ünsiyyət qurma və təqdim etmə bacarığı

Yaş həddi: 21-40 

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Satıcı (Ağcabədi)” qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP