Əsas Şəbəkə üzrə mühəndis
 
JOB TITLE: Əsas Şəbəkə üzrə mühəndis
EMPLOYER: Aztelekom DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-25 LAST UPDATED: N/A DEADLINE: 2019-11-24

“Aztelekom” MMC hazırda Əsas Şəbəkə üzrə mühəndis vəzifəsi üzrə işçi qəbulu elan edir.

Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

Struktur Bölmə: Genişzolaqlı xidmətlər departamenti;
Şöbə: İnternet xidmətləri;
Sektor: Sabit Şəbəkə Xidmətləri Sektoru.

İşin qısa təsviri:

Şəbəkədə istismar olunan avadanlıqların konfiqurasiyası, quraşıdırlması, istismarı, texniki profilaktik işlər. Şəbəkənin planlaşdırılması və optimizasiyası.

Əsas vəzifə və öhdəlikləri:

1. Əsas Şəbəkə Avadanlıqlarının Konfiqurasiyaları, İstismarı və Optimizasiyaları üzrə Təlimata uyğun aparır;
2. Sabit şəbəkə avadanlıqlarının istismarını təmin edir;
3. Sabit Şəbəkənin mürəkkəb nasazlıqlarının aradan qaldırılması və tənzimlənməsində iştirak edir;
4. Yeni avadanlığın quraşdırılmasını və vaxtında istismara verilməsinə köməklik göstərir;
5. Xidmətlərin yaxşılaşdırılmasını,onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
6. Əsas Şəbəkə avadanlıqlarında cari və əsaslı təmiri təmin edir və proqram təminatının yüklənməsində iştirak edir;
7. Əsas Şəbəkə avadanlıqlarında profilaktik xidmətləri təşkil edir;
8. Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq Əsas Şəbəkə avadanlıqlarının işini qurur;
9. Yeni layihələrin icrasında iştirak edir və həmin layihələrin laboratoriyalarda simulasiya edilməsi işinə dəstək göstərir;
10. Sabit Şəbəkə avadanlıqlarının program təminatının yenilənməsi işlərinin icra edilməsində dəstək göstərir;
11. Departamentin yeni texnologiyarının öyrənilməsində və zəruri sertifikatların əldə etməsi istiqamətində çalışır;
12. Sabit Şəbəkənin analiz olunub optimizasiya olunması işlərinin icra olunması işlərində iştirak edir;
13. Sabit Şəbəkənin Monitorinq proqramları vasitəsilə gündəlik monitorinqi aparır və xəta aşkar etdiyi zaman Sektor müdirinə və digər Şəbəkə mütəxəsislərini məlumatlandırır və bu xətanın həll edilməsi ücün rəhbərliyin tapşırıqlarına əməl edir;

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

1. Ali Təhsil (bakalavr və maqistr);
2. Müvafiq beynəlxalq sertifikatlar;
3. Rabitə və İnformasiya Texnologiyaları sahasində ən azı 3 illik təcrübəsi;
4. Sabit Şəbəkə sahəsi üzrə azı 1 il əmək stajına malik olmalıdır;
5. Telekommunikasiya avadanlıqları əməliyyat sistemlərinin işlənməsini bilmək;
6. Sabit şəbəkə avadanlıqlarının əməliyyat sistemləri ilə iş təcrübəsinə malik olmaq;
7. Sabit şəbəkə texnologiyalarında protokollarla işləməyi bilməldir;
8. Mövcud qaydalara uyğun istismara aid olan sənədlərin tərtib etmə bacarığı olmalıdır;
9. Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı səviyyədə bilmək;
10. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilmək;
11. Kompüter programları: Word, Excel, Power Point, CCNA, Linux;
12. İşgüzar yazışma əsaslarını bilməlidir;
13. Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.

Şəxsi keyfiyyətlər:

• Fikrini izah etmək qabliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət qurmaq bacarığı;
• Komanda işləmək bacarığı;
• İşə planlı yanaşması;
• Öz üzərində daima çalışmaq.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Əsas Şəbəkə üzrə mühəndis) qeyd edin: E-ünvan: hr@aztelekom.az

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP