Məlumat Mərkəzi şöbəsinin Mütəxəssisi
 
JOB TITLE: Məlumat Mərkəzi şöbəsinin Mütəxəssisi
EMPLOYER: Bank BTB DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-28 LAST UPDATED: N/A DEADLINE: 2019-11-27

Bank “BTB” ASC Marketinq departamentinə Məlumat Mərkəzi şöbəsinin Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Məlumat Mərkəzi şöbəsinin Mütəxəssisi

İş barədə məlumat:

1. Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq
2. Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək
3. Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək
4. Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək

Namizədə tələblər:

1. Ali təhsil
2. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək
3. MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti
4. Ünsiyyətçilik və səlis danışıq səriştəsi
5. Komandada işləmək bacarığı
6. Analitik zəka, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Noyabr 2019-cu il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ( Məlumat Mərkəzi şöbəsinin Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP