SƏTƏM mütəxəssisi
 
JOB TITLE: SƏTƏM mütəxəssisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-28 LAST UPDATED: 2019-10-28 DEADLINE: 2019-11-27

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: SƏTƏM mütəxəssisi

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 il iş təcrübəsi
Təhsil: Ali
Yaş həddi: 23-33

İşin təsviri:

Şirkətdə nəqliyyat və daşımacılıq üzrə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarət etmək, əməyin təhlükəsizliyi ilə bağlı prosesləri icra etmək.

Vəzifə öhdəlikləri:

- Şirkətdə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsini həyata keçirmək;
- Şirkətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
- Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
- İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək;
- Təlimat jurnallarının imzalanmasına nəzarət etmək;
- Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.

Tələblər:

- SƏTƏM sahəsində sertifikatlar mütləqdir
- MS Office (Word, Excel, PowerPoint, Outlook) bacarıqları.
- İngilis və Azərbaycan dillərində yazılı və danışma bacarığı.
- Bir komandanın bir hissəsi olaraq birlikdə işləmək bacarığı.
- Elastik və uyğunlaşa bilən.
- Nəticə və detal yönümlü.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat ilə çatdırılma.
- Nahar ilə təmin edilir.
- 6 günlük iş qrafiki.
- Əmək müqaviləsi.
- Endirimli Tibb xidməti.

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “SƏTƏM mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP