Reklam və toplu bilet satışı üzrə menecer
 
JOB TITLE: Reklam və toplu bilet satışı üzrə menecer
EMPLOYER: CinemaPlus DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-29 LAST UPDATED: N/A DEADLINE: 2019-11-28

Reklam və toplu bilet satışı üzrə menecer

Vəzifə öhdəlikləri:

- Toplu bilet satışlarının və reklam yerlərinin satışının həyata keçirilməsi;
- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
- Şirkətin müştəri bazasının artırılması;
- Müştərilərlə görüşlərin keçirilməsi, təkliflərin hazırlanması və təqdimatların keçirilməsi;
- Danışıqların aparılması; şərtlərin müzakirə olunması;
- Yeni əməkdaşlıq müqavilələrinin şərtlərinin razılaşdırılması və müqavilə layihələrinin hazırlanması;
- Struktur rəhbərinin təlimatına əsasən digər satış tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

Aşağıdakı tələblərə cavab verməyən şəxslərdən xahiş olunur müraciət etməsinlər.

- Ali təhsil
- Yaş həddi: 22-40 yaş
- Azərbaycan, ingilis və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
- MS Office proqramları üzrə biliklər
- Nitq qabiliyyəti
- Təqdimat hazırlamaq və keçirmək bacarığı
- Planlama qabiliyyəti və yüksək təşkilatçılıq bacarığı
- Müvafiq sahə üzrə iş təcrübəsi
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Punktuallıq, dəqiq və sürətli işləmək bacarığı

İş şəraiti və şərtləri:

- İş qrafiki: 10:00-19:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İşçi korporativ nömrə ilə təmin edilir
- Nahar şirkət tərəfindən təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
- Ə/h razılaşma ilə.

Maraqlananlar öz şəkilli CV formalarını karyera@cinemaplus.az ünvanına göndərə bilər.
Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır. Tövsiyyə məktubunun olması arzuolunandır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP