Aparıcı mühasib
 
JOB TITLE: Aparıcı mühasib
EMPLOYER: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-29 LAST UPDATED: 2019-10-30 DEADLINE: 2019-11-28

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Korporativ xidmətlər departamentinin Maliyyə və satınalmalar idarəsinə Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏBLƏR:

o Ali təhsil (Maliyyə, mühasibat uçotu, ümumi iqtisadiyyat);
o Analoji sahə üzrə 3 il iş təcrübəsi;
o Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili (Rus dili arzuolunandır);
o MS Office, 1C Mühasibatlıq 8.2.,8.3, İnternet Explorer;
o Beynəlxalq Maliyyə Hesabatlılığının Standartlarına dair sertifikat (arzuolunandır);
o Mühasibat və maliyyə sahəsində tələb olunan bacarıqlar, stressə davamlılıq;
o Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi;
o Müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin həlli və.s.;

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

o Podratçı və nəzarət subyektləri ilə qarşılıqlı üzləşmə aktlarının hazırlanması;
o Əmək haqqının hesablanması və ödənilməsi (o cümlədən, məzuniyyət haqları, ə/q itirilməsi və sair müavinətlərin və digər hesablamaların hazırlanması);
o Xidməti ezamiyyələrlə bağlı hesablaşmaların aparılması və müvafiq avans hesabatlarının tərtib edilməsi;
o Debitor və kreditor hesablaşmalara nəzarət;
o Təhtəlhesab şəxslərlə hesablaşmalar və avans hesabatlarının tərtibi;
o Gəlirlərin və xərclərin uçotunun “1C Mühasibatlıq” proqram təminatına daxil edilməsi;
o Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin balansa alınması, amortizasiya hesablanmasına nəzarət;
o Aidiyyəti üzrə daxil olan məktubların cavablandırılması.
o Rəhbərliyin digər tapşırıqları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə hr@fimsa.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP