Təlim və maarifləndirmə mərkəzində təcrübə proqramı
 
JOB TITLE: Təlim və maarifləndirmə mərkəzində təcrübə proqramı
EMPLOYER: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-29 LAST UPDATED: N/A DEADLINE: 2019-11-28

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASINDA TƏCRÜBƏ İMKANI

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tələbə və məzunların praktiki biliklərinin artırılması, eləcə də gənclərin şəxsi inkişafının təmin edilməsi və onların maarifləndirilməsi məqsədilə Təlim və maarifləndirmə mərkəzində təcrübə proqramı elan edir.

Təcrübəçiyə dair tələblər:

• Azərbaycan və ingilis dili bilkləri yaxşı səviyyədə;
• Kompyuter və MS Office proqramı üzrə bacarıqları yaxşı səviyyədə;
• Ünsiyyət qurma və təşkilatçılıq bacarıqları;
• Müstəqil və çevik işləmək bacarığı;
• Özünü daim inkişaf etdirməli, aktiv və təşəbbüskar olmalı;

Təcrübə proqramında öyrənəcəkləriniz:

• Müxtəlif təlim qrupları üzrə çoxsaylı təlimlərin planlaşdırılması, təşkili və əlaqələndirilməsi üzrə geniş təcrübə;
• İşgüzar yazışma bacarıqları;
• Maliyyə savadlılığının formalaşması.

Seçim mərhələləri:

1. Bakalavrın sonuncu pilləsi və ya magistratura pilləsində təhsil alan tələbələr və yeni məzun olanlar iştirak edə bilər;
2. Namizədlərdən daxil olmuş müraciətlərin uyğunluğu nəzərdən keçirildikdən sonra ilkin olaraq test imtahanına sonrakı mərhələdə isə İnsan resursları idarəsi və aidiyyəti idarə ilə müsahibə mərhələsinə dəvət edilirlər;
3. Mərhələləri uğurla keçmiş namizədlər ilə müqavilə bağlanılır və təcrübə başlanılır.

Proqrama iştirak etmək istəyən namizədlər CV-lərini internship@fimsa.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP