Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/aparıcı mütəxəssis/mütəxəssis
 
JOB TITLE: Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/aparıcı mütəxəssis/mütəxəssis
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-30 LAST UPDATED: N/A DEADLINE: 2019-11-29

AFB Bank Korporativ Bankçılıq Strukturuna Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/ aparıcı mütəxəssis/mütəxəssis vəzifələrinə vakansiya elan edir.

Vəzifə: Baş mütəxəssis/ Aparıcı mütəxəssi/ Mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Bank sahəsində ən az 2-3 il iş təcrübəsi (Müştəri xidmətləri, korporativ satış, marketinq strukturlarında);
• Azərbaycan dilində sərbəst danışıq bacarığı (ingilis, rus dili biliyi arzu olunandır);
• Ünsiyyətqurma, problemləri həll etmə və komandada işləmək bacarığı;
• MS office proqramlarında işləmək bacarığı;

İŞİN TƏSVİRİ:

• Potensial müştərilərin müəyyənləşdirilməsi;
• Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
• Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabatların hazırlanması;
• Korporativ müştərilərə məhsul və xidmətlərin satışında müştəri xidməti strukturlarına yaxından köməklik göstərilməsi;
• Mütəmadi olaraq korporativ müştərilərlə görüşlər və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
• Müştəri ziyarətlərinin həyata keçirilməsi və lazım olduğu halda iri korporativ müştərilərlə bank rəhbərliyinin görüşünün təşkil olunması;
• Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və kredit komissiyasına çıxarılmasını təmin etmək;
• Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni aparmaq, o cümlədən ipoteka, zəmanət və s. müqavilələri rəsmiləşdirmək;
• Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi;
• Kredit portfelinin təhlilini aparmaq və rəhbərliyə müvafiq hesabatlar hazırlamaq;
• Çarpaz satış imkanlarının araşdırılması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq “Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/ aparıcı mütəxəssis/mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP