Kadrlar üzrə Mütəxəssis
 
JOB TITLE: Kadrlar üzrə Mütəxəssis
EMPLOYER: ABA Logistics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-04 LAST UPDATED: 2019-11-04 DEADLINE: 2019-12-04

Şirkətimiz 2006-cı ildən bəynəlxalq və ölkədaxili daşımalar üzrə fəaliyyət göstərir. Cavan, aktiv, təcrübəli və müştərilərin tələblərinə cavab verən işçi heyyəti ilə birlikdə, loqistika və nəqliyyat xidmətləri bazarında qısa bir müddətdə qabaqcıl şirkətlərindən biri olub. Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və “Kadrlar üzrə Mütəxəssis” vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.

Vəzifə öhdəlikləri:

• Ofis daxili sənədləşmələrin həyata keçirilməsinə nəzarət, və qeydiyatının aparılması, rəhbərliyə bir başa təqdim olunması
• Daxil olan zəngləri cavablandırılması
• Daxil və xaric olan sənədlərin qeydiyyatı
• İşçilərin ilkin işə qəbul sənədlərinin toplanması, əmək, tam maddi məsuliyyət, kommersiya sirrinin qorunması haqqında müqavilələrinin hazırlanması;
• Elektron Hökumət Portalında (e-gov.az) işçiləri qeydiyyatdan keçirmək;
• Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
• Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir
• Kadr sənədlərinin qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşıyır
• İşçilərin əmək və xidməti müqavilələrinin bağlanması üçün lazımi sənədlərin toplanmasının təmin edilməsi, çatışmazlıqların aşkar edilməsi
• Mütəmadi olaraq kadr bazasının hazırlanması və yenilənməsi

Zəruri tələblər:

• Kadr kargüzarlığı sisteminin biliyi
• AR Əmək məcəlləsinin biliyi
• Ofis proqramlarında sərbəst işləmək bacarığı
• Ali təhsil
• İş təcrübəsi – minimum 3 il
• Azərbaycan və Rus dilləri üzrə mükəmməl biliklər
• Ms Office bilikləri

Vakansiya haqqında:

• Yaş həddi: 23 – 35
• İş rejimi: 5 günlük, 09:00-dan 18.00-dək
• İş yeri: Bakı şəhəri, Xətai ray., “Azure” Biznes Mərkəzi

CV-lərinizi info@abalogistics.az elektron ünvana “Kadrlar Uzrə Mütəxəssis” başlığı altında göndərməyiniz mütləqdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP