Satıcı- şirniyyat məhsulları üzrə
 
JOB TITLE: Satıcı- şirniyyat məhsulları üzrə
EMPLOYER: PAUL Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-04 LAST UPDATED: N/A DEADLINE: 2019-12-04

“Groupone” MMC şirkəti PAUL restoranlar şəbəkəsinə aşağıdakı vəzifə üzrə boş iş yeri elan edir:

Vəzifə: Satıcı- şirniyyat məhsulları üzrə

Vəzifə öhdəlikləri:

• Malların alınması və onların satışa hazırlanması: malın adını, miqdarının, sortluluğunun, qiymətinin, qablaşdırmanın vəziyyətinin və düzgün markalanmasının yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, kəsilməsi və doğranılması; markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; malların üstünə yarlıkların bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi.
• Piştaxta vitrinlərinin tərtibatı. Alıcıların ödənilməyən tələbini qeydiyyata alınması.
• Çeklərin (pulların) hesablanması və onların müəyyən olunmuş təhvil verilməsi. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması.
• Kassa aparatında işləmək. kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması;
• İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin sazlığının və işə hazırlığının yoxlanılması, malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına və tezxarabolan malların satış müddətlərinə nəzarət edilməsi.
• Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
• Krep hazırlanması

Tələblər:

• Təhsil: orta
• Yaş həddi: 18-35
• Cinsi: qadın
• İş stajı: müvafiq iş üzrə 1 ildən az olmayaraq
• Dil bilikləri: rus dilləri (əla)
• Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
• Restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.

Əmək şəraiti:

• Əmək haqqı: 500 AZN net
• 6 günlük növbəli qrafik
• Nahar şirkət tərəfindən təmin edilir

Müraciət qaydaları: CV-nizi hr@paul.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satıcı (şirniyyat məhsulları üzrə)” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP