Baş direktorun müavini – kommersiya direktoru
 
JOB TITLE: Baş direktorun müavini – kommersiya direktoru
EMPLOYER: Baku Disinfection Center DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-04 LAST UPDATED: N/A DEADLINE: 2019-12-04

“BAKU DİSİNFECTİON CENTER” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Ünvan: Azərbaycan, Bakı, Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri, 2C.

www.baku-dc.az

Baku Disinfection Center Azərbaycanın bir sıra sənaye, kommersiya və məişət obyektlərinin profilaktik dezinfeksiya və təmizlik layihələrini həyata keçirmiş böyük təcrübəyə malik mütəxəssis heyətinə malikdir. Sağlamlıq və təmizlik sektorunun dinamik inkişafını nəzərə alaraq, şirkətimiz göstərilən xidmətlərdə üstünlüyünü saxlamaq üçün müasir texnologiyalardan və preparatlardan istifadəyə xüsusi önəm verməkdədir. Belə yanaşma həm bizim müştərilərimizə, həmdə bizə maksimal fayda verir. Şirkətimizin personalı bazarın tələblərinin dəyişməsinə və müştərilərin yeni istəklərinə operativ reaksiya vermək üçün hər tərəfli təlimatlandırılmışdırlar. İstənilən xidmətdə hazırlıq tədbirlərindən tutmuş işin təhvil verilməsinə qədər ənənəvi olaraq məqsədimiz ilk növbədə keyfiyyət amilinə nəzarət etməkdir.

Nailiyyətlərimiz

Baku Disinfection Center ISO 9001:2015 standartı üzrə sertifikasiyadan uğurla keçmişdir. Bununla belə, şirkətimiz beynəlxalq etibarlılıq ilə keyfiyyət sertifikatının əldə edilməsində biznes üstünlüklərinən istifadə edir.
Əlavə olaraq, ətraf mühitin mühafizəsi, çirklənmənin qarşısının alınması, şirkətin ətraf mühitə təsirlərini nəzarətdə saxlamaq üzrə ISO 14001-in sertifikatına malikdir.

Şirkət iş yerində baş verə biləcək qəzaları, yanğın, peşə xəstəlikləri kimi bütün risk potensiallarını müəyyənləşdirməyə və ilk növbədə bütün mümkün risklərin və qəzaların detallarını təyin etməklə, planlaşdıraraq qarşısını almağa kömək göstərən - ISO 45001:2018 sertifikata nail olmuşdur.

Baku Disinfection Center şirkəti İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-392/2019 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.

Vəzifə: Baş direktorun müavini – kommersiya direktoru

Namizədə tələblər

• Ali təhsil (iqtisadi, marketinq və s.)
• Cinsi: Kişi, qadın
• Azərbaycan, Rus və ingilis dili biliyi
• Müvafiq sahədə ən azı 5 il təcrübə
• Biznes danışıqları aparmaq bacarığı
• Analitik və idarəetmə bacarığı
• İdarəetmə bacarığı və təcrübəsinə malik olmaq, komanda yaratmaq və onları idarə edə bilmək bacarığı

Vəzifələr

• Cəmiyyətin kommersiya fəaliyyət sahəsi üzrə işlərin təşkil edilməsi
• Bütün satış strategiyasının hazırlanması və həyata keçirilməsi
• Bütün marketinq, reklam və stimullaşdırma heyətinin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi;
• Satış şöbəsinin işinin tənzimlənməsi
• Yeni bazarlar axtarışı (məhsul və ölkələri), satışın təşkili və inkişafı
• Plana uyğun pul vəsaitlərinin daxilolmaları və debitor borclanmaların nəzarəti
• Bazar və məhsul təhlili
• Güclü komandanın qurulması
• Satış planı təşkili və onun həyata keçirilməsi;
• Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti
• Hesabatların hazırlanması.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV- i minimal əmək haqqı gözləntisini qeyd edərək info_bdc@mail.ru elektron ünvana təqdim edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP