SMM mütəxəssis
 
JOB TITLE: SMM mütəxəssis
EMPLOYER: SALAM Tourism & Travel DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-06 LAST UPDATED: N/A DEADLINE: 2019-12-06



“Barattson Consulting” MMC 2015-ci ilin Noyabr ayından etibarən müxtəlif sahələrdə fəaliyyət göstərir. Bu sahələrdən biri də turizm sahəsidir. “Barattson Consulting” turizm sahəsində “SALAM Tourism & Travel” brendi adı altında öz fəaliyyətini həyata keçirir. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn turistlərə yüksək şəkildə xidmət təqdim edir.

“SALAM Tourizm & Travel” “SMM mütəxəssis” vəzifəsinə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin sosial şəbəkələrdə iştirakı üçün strategiya hazırlamaq;
• Sosial şəbəkələrdə icmaların və qrupların yaradılması, saxlanılması və inkişafı, media planlarının hazırlanması;
• Reklam kampaniyalarının həyata keçirilməsi, sosial şəbəkələrdə təqdimat materiallarının hazırlanması və bölüşdürülməsi;
• Qrupları və icmalarında məzmunu (mətnləri, fotoşəkilləri, videoları, audio) axtarma və paylaşma;
• Qruplar və icmalarda müsabiqələrin, anketlərin, kampaniyaların təşkili və keçirilməsi;
• Hədəf auditoriyanı cəlb etmək, ziyarətçilərin, abonentlərin, qrup üzvlərinin sayını artırmaq;
• Şirkətin baxışlarının monitorinqi, suallara cavablar;
• Reklam kampaniyalarının effektivliyinin, SMM-promosyonunun təhlili;
• Rəqiblərin SMM fəaliyyətinin təhlili və analitik hesabatların hazırlanması.

Əsas tələblər:

• Əla Kompüter bacarığı - MS Office;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl danışma, yazma və redaktə etmək bacarığı
• Sosial şəbəkə təcrübəsi və sosial analitik alətlərinin bilikləri

Şəxsi keyfiyyətlər:

• İşində məsuliyyətli
• Komanda oyunçusu.

İş qrafiki : 6 iş günü
Əmək haqqı: 400-600AZN

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə “ SMM mütəxəssis” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 30 Noyabr 2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP