Kredit/Bazar Risklərinin idarə edilməsi üzrə Mütəxəssis
 
JOB TITLE: Kredit/Bazar Risklərinin idarə edilməsi üzrə Mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-06 LAST UPDATED: N/A DEADLINE: 2019-12-06



Azərbaycan Beynəlxalq Bankı” Transformasiya ofisinə Kredit/Bazar Risklərinin idarə edilməsi üzrə Mütəxəssis vəzifəsinə namizəd seçimini açıq elan edir.

Bank fəaliyyətində yaranan maliyyə risklərinin (kredit və ya bazar riskləri) qiymətləndirilməsi, təhlili və idarə edilməsi sahəsində təcrübəsi olan, davamlı peşəkar və fərdi inkişafa can atan, yeni layihənin bir parçası olmaq istəyən bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.

Görəcəyiniz işlər:

 Maliyyə risklərinin qiymətləndirilməsi üçün lazımi analitik və statistik texnikalardan istifadə edilməsi;
 Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması;
 Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə öz təkliflərini verilməsi;
 Maliyyə (kredit və ya bazar) risklərinin idarə edilməsi üzrə layihələrdə koordinasiya və dəstəyin göstərilməsi;
 İdarə Heyəti və Transformasiya Ofisinin mütəmadi iclasları üçün transformasiya prosesinin ümümi inkişaf gedişinə dair hesabatların hazırlanması

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

 Peşəkar komanda ilə əməkdaşlıq
 Bank sahəsində davamlı karyera inkişafı
 Adekvat əmək haqqı
 Təlim və inkişaf məsələlərində Bankın dəstəyi

Bizim üçün ideal namizəd:

 İqtisadiyyat, maliyyə və ya digər müvafiq istiqamət üzrə ali təhsil olan
 Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olan
 Bank sahəsində ən az 3 il iş təcrübəsi olan; (Kredit/Bazar risklərinin idarə olunmasında ən az 1 il təcrübəsi olan)
 Kredit və ya bazar risklərinin təhlili üzrə iş təcrübəsi olan
 CFA, FRM və ya müvafiq sahə üzrə beynəlxalq serifikatlara sahib olan
 Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dillərini bilən
 Güclü kommunikativ qabiliyyətə sahib olan
 MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv_transformationoffice@ibar.az elektron ünvanına 30.11.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Kredit/Bazar Risklərinin idarə edilməsi üzrə Mütəxəssis")

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP