Risklərin İdarə Edilməsi Departamentinin aparıcı mütəxəssisi
 
JOB TITLE: Risklərin İdarə Edilməsi Departamentinin aparıcı mütəxəssisi
EMPLOYER: Azərbaycan Sənaye Bankı ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-07 LAST UPDATED: N/A DEADLINE: 2019-12-07

Risklərin İdarə Edilməsi Departamentinin aparıcı mütəxəssisi

Tələblər:

• Ali İqtisadi təhsil;
• İngilis və rus dili bilikləri;
• Müvafiq sahə üzrə minimum 2 il iş stajı;
• Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları;
• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə biliklər;
• Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
• CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir.

İş haqqında məlumat:

• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
• Bankda riskli sahələr üzrə müxtəlif ssenarilər əsasında stress-testlərin hazırlanması və stress-test modellərinin qurulması;
• Stress-testlərin nəticələrinin analiz edilməsi, risk limitlərinin hesablanması və risk limitlərinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması, həmçinin Vintaj, PD, LGD modellərinin qurulması;
• Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında Risk Xəritələrinin hazırlanması;
• İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi;
• Risklərin İdarə Edilməsi sahəsi üzrə Departament müdiri, baş risk inzibatçısı, əlaqədar idarə heyəti üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqları üzrə işlərin görülməsi.

Əlavə məlumat:

• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com və ya cv@asb.az elektron ünvanına göndərə bilərlər;
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risk idarəedilməsi üzrə aparıcı mütəxəssis” göstərməyiniz xahiş olunur;
• CV-lər 30.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP