Green House Installation
 
JOB TITLE: Green House Installation
EMPLOYER: GIZ Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-08 LAST UPDATED: N/A DEADLINE: 2019-11-16

Kimə: Bütün tender iştirakçılarına

Kimdən: GIZ Bakı Ofisi
Layihənin nömrəsi: 16.21796-003.00
Layihənin adı: Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi Proqramı (PSD TVET)
Ölkə: Azərbaycan

Tenderin adı: Xacmaz peşə məktəbində tərəvəz yetişdirilməsində praktiki tədris məqsədilə nəzərdə tutulan 1600 kv.m.-lik müasir konstruksiyalı istixananın quraşdırılması

Hörmətli Tender iştirakçısı,

GIZ-in Bakıdakı ofisi Xacmaz peşə məktəbində tərəvəz yetişdirilməsində praktiki tədris məqsədilə nəzərdə tutulan 1600 kv.m.-lik müasir konstruksiyalı istixananın quraşdırılması.

Əlavədə ingilis və azərbaycan dillərində göstərilən vəzifə təlimatları (Annex 1 ToR_Green House installation_aze) ilə maraqlandığınız halda 15 noyabr 2019-cu il tarixi saat 14:00-dək təkliflərinizi təqdim etməyinizi xahiş edirik.

Təkliflərinizi təqdim edən zaman iki zərf prosedurundan istifadə edin, yəni təkliflər iki ayrı-ayrı möhürlənmiş / imzalanmış və qapalı zərflərdə poçt/və ya şəxsən təqdim etmə vasitəsi ilə GIZ ofisi, Rəsul Rza 75,Winter Park Biznes Mərkəzi, ofis 202, Bakı, Azərbaycan ünvanına göndərilməlidir. Birinci zərfə texniki sənədlər, yəni şirkətin profili və CV-lər, VÖEN və bank göstəriciləri, texniki konsepsiya və iş planı əlavə olunmalıdır. İkinci zərfdə maliyyə təklifi təqdim olunmalıdır. Hər bir zərf “Maliyyə təklifi” və ya “Texniki təklif” kimi işarələndirilməlidir.

Texniki təklifdə maliyyə məsələlərini əks etdirən məlumat olmamalıdır.

Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 13 noyabr 2019-cu il tarixinədək elektron poçt vasitəsilə Səbinə Hacıyeva (sabina.hajiyeva@giz.de) müraciət edə bilərsiniz. Nəzərə alın ki, bütün iştirakçıların tenderdə bərabər iştirakını təmin etmək məqsədilə tərəfinizdən verilən sualların cavabları digər tender iştirakçılarına da göndəriləcəkdir. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır. 13 noyabr 2019-cu il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır.

Qiymətləndirmənin meyarları 70% texniki və 30% maliyyə kimidir.

Qiymətləndirmə zamanı namizədlərin renkinqinə (qiymətləndirməyə əsaslanan sıralama) görə siyahı tutulacaqdır (Annex 2 TAG PSDTVET_green house assesment). Adətən siyahıda birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılır. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.

Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı (şirkət və ya mütəxəssis) əlaqə saxlanacaqdır. Qalib seçilməyən iştirakçılara tenderin nəticələri haqqqında cavab göndərilməyəcəkdir.

Əlavələr

1. ( Annex 1 ToR_Green House installation_aze.doc )
2. ( Annex 2 TAG PSDTVET_green house assesment.pdf )

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP