Sales Manager
 
JOB TITLE: Sales Manager
EMPLOYER: 360 Adworks Google DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-08 LAST UPDATED: N/A DEADLINE: 2019-12-08

Şirkət haqqında:

360 Adworks Google şirkətinin premium partneri kimi fəaliyyət göstərir. Türkiyə və Azərbaycanın bir sıra böyük şirkətlərinin digital marketing büdcələrini idarə edən şirkətimiz illərə dayanan qlobal təcrübəyə sahibdir.

Hər biri öz sahəsində ən az 10 il təcrübəyə sahib mütəxəssislərdən ibarət, Google sertifikalı komandamızın təcrübəsi ilə çalışırıq. Bugünə qədər, bütün sektorlarda 100`in üzərində müştəri üçün xidmət verdik və 100 000$ üzərindəki büdcələri idarə etdik. Google İrlandiya və Google Türkiyə ofisi ilə işbirliyimiz, doğru reklam planlama, kriz idarəsi, problem həlli kimi məsələlərdə yetərli bilgi və təcrübəyə sahibik.

Gənc, çevik və geniş vizyona sahib olan şirkətimizə qoşularaq siz də özü karyeranız üçün yeni üfüqlər yaradın.

Əsas vəzifə və öhdəliklər:

• Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.)
• Mövcud müştəri bazasını genişləndirmək, yeni müştəriləri şirkətə cəlb etmək ( Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq)
• Call Center vasitəsi ilə daxil olan və yaradılan yeni potensial müştəri bazası ilə aktiv görüşlər.
• Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Müştəri üçün koordinator rolunu icra etmək; ortaya çıxan problemləri həll etmək
• Müştəri məmnuniyyətinin qorunması üçün mükəmməl xidmət göstərmək
• Xidmətlərin yüksək səviyyədə təqdim olunması;
• Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar şəxslərə çatdırılması;
• Satışla bağlı təkliflərin müştərilərə göndərilməsi və nəticənin izlənməsi;

Tələb olunan bilik və bacarıqlar:

• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti;
• Yüksək səviyyəli təqdimat bacarıqları;
• Öz üzərində işləmək və daima inkişafa meyilli olmaq;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat yönümlü ixtisaslar üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
• Korparativ satış istiqamətində çalışmış şəxslərə üstünlük verilir/

Əmək haqqı və imkanlar:

- İş saatı : Həftədə 5 gün 09:00 – 18:00;
- Əmək haqqı 400 – 500 AZN fix + satışlardan bonus;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Korparativ satış meneceri " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) info@360adworks.com elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP