 Qalaaltı Otel & Spa Şabran şəhərində komandasına qoşulmaq üçün açıqfikirli və enerjili IT Mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri:
• Kompüterler, printerler ve diger avadanlıqlar (o cümleden şebeke avadanlıqları), proqram teminatlarının quraşdırılması, sazlanması ve problemlerin aşkar olunaraq aradan qaldırılmasını temin etmek. • Zədələnmiş (nasaz) kompüter və avadanlıqların vaxtında təmirini həyata keçirtmək. • Sistemdəki bütün məlumat və proqramların bərpa olunması qaydalarının təşkil edib idarə etmək. • IT şəbəkənin tənzimlənməsi, problemlərin aradan qaldırılması (ehtiyac olduğu halda kabeli çekmek ve qoşmaq). • Sistem nasaz vəziyyətə düşdükdə məlumat və qəza qaydalarını yerinə yetirmək. • İstifadəçinin bütün ərizə, müraciət, proqram və şəbəkə sistemindən istifadə etmə hüquq və parollarının vaxtında təhlükəsiz yoxlanması qaydalarını gücləndirmək. • Bütün sistem və proqram təminatlarının cari istifadəyə verilməsi üçün qoruyub saxlamaq. • İşlənib hazırlanmaqda/yerinə yetirilməkdə olan mövcud və gələcək sistemləri üzrə otel idərəçiliyinə məsləhətlər vermək. • Tədqiqatlar həyata keçirtmək və proqram təminatında yaranmış nasazlıqları vaxtında məruzə etmək və müvafiq qeydlər aparmaq. • Digər şöbələrin təlimçilərinə otel sistemlərindən səmərəli istifadə mövzusunda lazımi təlim materialların hazırlanmasında kömək etmək. • Otelin ofis avtomatlaşdırma sistemlərini işə salmaq və onların işinə nəzarət etmək. • Sistemlərə, yerli ərazi şəbəkəsinə və geniş system idarəsinə yardım göstərmək. • Informasiya sistemi idarəsində bütün administrativ idarəçiliyə rəhbərlik etmək. • Bütün istifadəçilərə otelin informasiya sistemlərindən istifadə edilməsində yardım etmək. • Bütün otel proqram təminatı ərizələrində sənədləşməni hazırlamaq və saxlamaq. • Mehmanxanadakı bütün kompüter texniki vasitələrini siyahıya daxil edərək təsdiq etmək. • Sistemdəki problemləri istənilən vaxtda həll etmək. • Qonaq tərəfindən hər hansı bir sorğu və ya təklifdən xəbərdar olmaq. • Çox tapşırıqlı və periodik iş yoxlamalarını həyata keçirmək və əməkdaşlara öhdəlikləri təyin etmək. • Biznesin səviyyəsini öyrənmək üçün həftəlik siyahıları qrafikləşdirmək və komplektləşdirmək. • Rəhbərlik tərəfindən tapşırılan vəzifələri yerinə yetirmək .
Təhsil/Təcrübə:
• Ali təhsil; • Analoji sahədə ən azı 1 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir); • Rus və İngilis dili arzu olunandır; • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək, • Micros, Opera, 1C proqramını bilən namizədlərə üstünlük verilir; • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq; • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və yaşayış yeri ilə təmin edilmə; • İş qrafiki: Altı günlük iş həftəsi • İş yeri: Şabrah şəhəri • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “IT mütəxəssis” başlığı ilə galaalti.recruitment@pmdhospitality.az elektron ünvanına göndərə bilərsiniz.
"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
|