
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Elektrik mühəndisi-layihəçi
İş yeri: Bakı şəhəri İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 10 il iş təcrübəsi Təhsil: Ali təhsil Yaş həddi: 32-45
Vəzifə öhdəlikləri:
- Elektirik layihələrinin hazırlanmasında iştirak etmək və ya layihələndirmək - Layihələndirmə zamanı yerli və beynəlxalq norma və qaydalara uğun səmərəli təkliflərin hazırlamaq - Layihələndirmə və tikinti üçün normativ materialların işlənib hazırlanmasında iştirak etmək - Elektirik cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək - Layihənin elektirik bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq - Elektrik layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgün və səmərəli təkliflər hazırlamaq və sifarişçi ilə müzakirələr aparmaq - Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsini, habelə qəbul edilmiş layihənin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativi əsas tutmaqla hesabatlar aparmaq - Lazımi texniki-iqtisadi əsaslandırma və tikinti-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsinə, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq, məmulat və materialların müəyyən edilməsi proseslərində iştirak etmək - Layihə işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün materiallar hazırlamaq - Subpodrat təşkilatlara texniki tapşırıqlar işləyib hazırlamaq və tapşırıqların icrası üçün onları lazımi məlumatlarla təmin etmək - Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirmək - Layihənin digər hissələri ilə elektrik hissəsinin uzlaşdırmasını, lazımi texniki sənədlərin komplektliyini, layihələndirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin etmək - Elektrik avadanlıqlarının quraşdırılması və onların testinin aparılmasında iştirak etmək - Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək
Tələblər:
- Azərbaycan, rus, türk və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı; - Planlama qabiliyyəti; - Yüksək təşkilatçılıq bacarığı; - MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı. - AutoCAD (əla səviyyədə)
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Nahar ilə təmin edilmə; - Endirimli tibb xidməti; - 6 günlük iş qrafiki; - Əmək müqaviləsi.
Müraciət qaydaları: ferid.suleymanov@retail.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Elektrik mühəndisi-layihəçi” yazmaqla müraciət edilir.
|