KOS müştərilərlə iş şöbəsinə Mütəxəssis, Aparıcı və Baş mütəxəssis (Koordinator)
 
JOB TITLE: KOS müştərilərlə iş şöbəsinə Mütəxəssis, Aparıcı və Baş mütəxəssis (Koordinator)
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-13 LAST UPDATED: 2019-11-14 DEADLINE: 2019-12-13

“ABB” ASC  Kiçik və orta sahibkarlarla iş şöbəsinə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis (Koordinator) vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 MXS-lərdə olan əməkdaşlarla sıx işin qurulması
 Müştəri problemlərinin həlli istiqamətində işlərin görülmısi
 Yeni məhsula aid yaranacaq istək və arzuların çatdrırlması və yerinə yetirilməsi istiqamıtində işlərin görülmısi
 Müqavilə şablonların yaradılması  MXS-lərdən alınan məlumatlar əsasında sənədləşmənin aparılması 

Vakant vəzifə üzrə tələblər:

 Ali iqtisadi təhsil;
 Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərin olması;
 Sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
 Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 Noyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “KOS müştərilərlə iş şöbəsinə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis (Koordinator)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP