Biznes kreditlərin təhlili şöbəsinə Mütəxəssis, Aparıcı və Baş mütəxəssis (Loan Monitoring)
 
JOB TITLE: Biznes kreditlərin təhlili şöbəsinə Mütəxəssis, Aparıcı və Baş mütəxəssis (Loan Monitoring)
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-13 LAST UPDATED: 2019-11-14 DEADLINE: 2019-12-13

“ABB” ASC  Biznes kreditlərin təhlili şöbəsinə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis (Loan Monitoring) vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Filiallardan gələn biznes kredit müraciətlərinin hazırlanması, memorandumların tərtib olunması
 Biznes kredit müraciətlərinin RİD ilə müzakirəsi
 Müraciətlərin Kredit komitələrində müdafiə olunması
 Filial əməkdaşları ilə kommunikasiyanın qurulması
 Kreditlərin verilməsi prosesinin izlənməsi
 Gecikmələrlə işin qurulması

Vakant vəzifə üzrə tələblər:

 Ali iqtisadi təhsil;
 Maliyyə təhlili,monitorinq bilikləri və bank qanunvericiliyi ilə bağlı biliklərin olması;
 Sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
 Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 Noyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Biznes kreditlərin təhlili şöbəsinə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis (Loan Monitoring) göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP