Ödəniş sənədləri və sərəncamlarla iş şöbəsinə Mütəxəssis, Aparıcı və Baş mütəxəssis
 
JOB TITLE: Ödəniş sənədləri və sərəncamlarla iş şöbəsinə Mütəxəssis, Aparıcı və Baş mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-14 LAST UPDATED: 2019-11-14 DEADLINE: 2019-12-14

“ABB” ASC Ödəniş sənədləri və sərəncamlarla iş şöbəsinə Mütəxəssis, Aparıcı və Baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Milli valyutada bankdaxili ödəniş sənədlərinin emalı
 Milli valyutada ölkədaxili ödəniş sənədlərinin emalı
 Xarici valyutada bankdaxili və olkədaxili ödəniş sənədlərinin emalı
 Xarici valyutada ölkəxarici və olkədaxili ödəniş sənədlərinin emalı
 Sərəncamlar üzrə üçotun aparılması və ödənişləri

Tələb olunan səriştələr:

 Komandada işləmək bacarığı;
 Detallara diqqət;
 Vaxtı idarə etmək qabiliyyəti;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Bank sahəsində 1-3 il iş təcrübəsi;
 Ofis proqramlarında sərbəst işləmək bacarığı;.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 25 noyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ödəniş sənədləri və sərəncamlarla iş şöbəsi üzrə” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP