İnfor CRM proqramçısı
 
JOB TITLE: İnfor CRM proqramçısı
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-14 LAST UPDATED: N/A DEADLINE: 2019-12-14

“ABB” ASC İnfor CRM proqramçısı vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Əsas öhdəliklər

• Biznes-proseslərin təhlili, biznesin real dəyərini təmin edən ilkin səbəblərin müəyyən edilməsi və fəaliyyət planının hazırlanması üçün korporativ satış komandası ilə sıx əməkdaşlıq etmək;
• Yeni və ya mövcud texnologiyaların alternativ istifadəsi ilə həyata keçirilə biləcək biznes-proseslər üçün həlləri təklif etmək və təkmilləşdirilməsini təmin etmək;
• “Infor CRM” platformasında məlumatların modelləşdirilməsi,
• Proqram üsullarından istifadə etməklə kompleks modellərin layihələndirilməsi və həyata keçirilməsi;
• Biznes üçün əlavə faydalar yaradacaq innovativ funksional imkanları və potensial yeni həll yollarını kəşf etmək və yenidən yaratmaq.

Bilik və təcrübə:

• İnformasiya texnologiyaları və ya mühəndislik üzrə ali təhsil;
• “Infor CRM” platformasında iş təcrübəsi arzuolunandır;
• HTML, CSS, JS üzrə bilikər;
• C# proqramlaşdırma dili biliyi;
• Oracle üzrə biliklər;
• ASP.NET (WEB Forms) ilə iş təcrübəsi.

Bu iş sizə nələri qazandıracaq:

• Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
• Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
• Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
• Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
• Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2019-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnfor CRM proqramçısı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP