Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Mauve MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-14 LAST UPDATED: N/A DEADLINE: 2019-12-14



MAUVE Hospitality şirkəti 2017-ci ildə yaradılıb. Baş ofisi Port Baku Towers-də yerləşir. Şirkət PORT Wine & Grill, Barrel Playground, Chayki, L'Avenue, Mirvari Café Lilac Flower Boutique kimi restoranlar və gül dükanının fəaliyyətinin idarəçiliyi ilə məşğuldur. Məqsədimiz qonaqlarımıza yaxınları ilə yaxşı vaxt keçirməklə yanaşı yerli və dünya mətbəxinin ən ləzzətli yeməklərini təqdim etməkdir. Həmişə yeniliyə və inkişafa açıq olan işçilərimiz yeni layihələr üzərində işləyirlər. Müştəri ehtiyaclarına və bazar tələblərinə cavab verən yeniliklər üzərində işləyirik.

Mühasib

Namizədə tələblər:

- Müəssisədə anbar uçotun qurulması və mal material inventarizasiyasının aparılmasında təcrübə.
- Minimum 3 illik iş təcrübəsi
- Maliyyə təhsili
- İngilis, Azərbaycan və Rus dillərini bilmək
- 1C, Excel, Word mühasibat proqramı
- 1C proqramı üzrə yüksək biliklər və onu tədbiq etmək təcrübəsi (1C üzrə sertifikatın olması
üstünlükdür).
- Yaxşı ünsiyyət bacarıqları, şifahi və yazılı

Vəzifə öhdəlikləri:

- Əsas vəsaitlərə, mal materiala, təsərrüfat və maliyyə fəaliyyətinin nəticələrinə nəzarət
- Mühasibat və idarəetmə uçotu əməliyyatları üzrə üzləşmə
- Elektron hesab-fakturalar, vergi hesab-fakturaları və ödəmə fakturalarını təqdim etmək;
- Bu sənədlərin 1 C proqramında qeyd edilməsi.
- Mal və materialların anbarda, sənəddə və proqram təminatında uyğunluğuna nəzarət
- İlkin sənədləri qəbul edərkən - nəticələrin hesablanmasının düzgünlüyü, hesabatlara əlavə edilmiş sənədlərin mövcudluğu, hesabat ayının əvvəlində və sonunda maddi varlıq qalıqlarının uyğunluğu, daxil olan və silinən xərclər üçün qiymətlərin düzgün tətbiqi.
- Sənədləşmənin aparılması - balans hesabatları, maddi aktivlər uçotu haqqında hesabatın tərtib edilməsi.
- Mal və materialların inventarlaşdırılması üçün məlumatların verilməsi.
- Mal və materialların hərəkətinə dair ilkin uçot sənədlərinin hazırlanması və qəbul edilməsi.
- Anbarlarda və maddi məsul şəxslərdə dəyərlərin mövcudluğuna nəzarət yoxlamasının aparılması.
- Planlaşdırılmış və planlaşdırılmamış inventarizasiya iştirak etmək.
- İstifadə üçün təhvil verilmiş mal və materialların təhlükəsizliyi və məsuliyyəti məsələlərində maddi məsul şəxslərə təlimat verir.
- Aralıq və illik hesabatların hazırlanmasında iştirak etmək.
- Hesabların idarə edilməsi (AZN, USD, EURO, GBP)
- Tabeçiliyində olduğu menecerlər üçün həftəlik gəlir / nəticə hesabatı, baş ofisə aylıq hesabat
- Maliyyə təhlükəsizliyini qorumaq.
- Menecerlərinin nəzarəti altında ödəniş prosedurları və bank əməliyyatları, zəruri sənədlərin istehsalı
- Mühasibat uçotu
- Müqavilələrə baxış (hüquqşünasın köməyi ilə)
- Vergi, pensiya fondları, statistika ilə bağlı bütün hesabatların hazırlanması (aylıq, rüblük və illik).

CV formalarınızı 14.12.2019-cu il tarixinədək turan.a@mauve.az elektron poçt ünvanına göndərə bilərsiz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP