Buddy (Mentor)
 
JOB TITLE: Buddy (Mentor)
EMPLOYER: ATL Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-14 LAST UPDATED: 2019-11-18 DEADLINE: 2019-12-14

ATL Tech şirkəti 2013-cü ildən infromasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkət kimi təsis edilmişdir. Şirkətimiz rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni Zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmışdır. Əməkdaşlarımız müxtəlif sahələr üzrə maliyyə institutları, bank, sığorta və həmçinin dövlət idarələri üçün çoxsaylı, böyük həcmli, kritik informasiya sistemlərinin hazırlanması və rəqəmsal çevrilmə layihələrini idarə edilməsində aparıcı rollar almışdır. Ən qabaqcıl texnologiyaları tətbiq etməklə, biz şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edirik.

ATL Academy şirkəti rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni Zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmış 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən təsis edilmişdir.

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyamızda Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər bir başa ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Vəzifə: Buddy (Mentor)

Təcrübə proqramında gənclər aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcəklər :

 İctimaiyyətlə əlaqələr ;
 Layihələrin idarə olunması;
 Sosial iş;

Tələblər:

 20-24 yaş aralığında olmalı;
 İşində yüksək motivasiyalı olmalı;
 Təşəbbüskar , məsuliyyətli və dürüst olmalı;
 Komanda ilə işləmə bacarığı olmalı;
 Kompüter bacarığı (Microsoft Office) olmalı ;
 Yarım iş günü ( Part-time ) imkanına malik olmalı ;

Təcrübə müddəti 3 ay davam edəcək və təcrübəni uğurla başa vurmuş gənclər ATL Tech və ATL Academy tərəfindən sertifikat ilə təltif olunacaqlar.

Maraqlanan şəxslərdən qeyd olunan linkə keçid edərək müraciət etmələri xahiş olunur. http://career.atltech.az/vacancy/87 . Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacağını nəzərə almağınız xahiş olunur. Seçim iki mərhələdən; 1-ci mərhələ müraciətlərin qəbulu, 2-ci mərhələ fərdi müsahibələrin keçirilməsindən ibarət olacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP