Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Norm LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-15 LAST UPDATED: N/A DEADLINE: 2019-12-15

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Satınalma üzrə mütəxəssis tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

- Satınalmanın təşkili: Avadanlıqların, ehtiyat hissələrin, alətlərin və digər istismar materiallarının şirkətin və qrupun qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınması, tədarükü
- Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi: Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Tədarükçülərin və Təchizatçıların araşdırılması, səfərlər etməklə tədarükçülərin qiymətləndirilməsi, tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması
- Daha sərfəli şərtlər və qiymətlər təklif edən yeni təchizatçıların aşkar edilməsi üçün bazarların təhlil edilməsi
- Alış Tələbnamələrini vatlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
- Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
- Təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
- Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
- Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi

Tələblər:

• İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil (Magistr dərəcəsi)
• Əlaqədar sahədə 3 il iş təcrübəsi
• Sərbəst ingilis dili biliyi
• MS office proqramlarından istifadə bacarığı
• CİPS sertifikatı arzuolunandır

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 20/11/2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP