İnsan Resursları şöbəsinin meneceri
 
JOB TITLE: İnsan Resursları şöbəsinin meneceri
EMPLOYER: AzEduNet LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-15 LAST UPDATED: N/A DEADLINE: 2019-12-15

İnsan Resursları şöbəsinin meneceri

• Kadr kargüzarlıq işinin qüvvədə olan Əmək qanunvericiliyinə əsasən aparılması;
• Əmək müqaviləsinin bağlanması, ona dəyişikliklərin edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərinin Elektron informasiya sisteminə (E-gov) düzgün və vaxtında daxil edilməsi;
• Dövlət Məşğulluq xidmətinə hesabatların düzgün tərtib edilməsi və vaxtında təqdim edilməsi;
• İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsi, məzuniyyətlərin uçotunun aparılması və məzuniyyət qrafikinə əsasən istifadəsinə nəzarət etmək;
• Şirkətin kadr siyasətinin hazırlanması və həyata keçirilməsi;
• İşçilərin attestasiyasının təşkil edilməsi;
• Kadr ehtiyatının yaradılması və vakant iş.yerlərininin operativ bağlanması;
• İşçilərin təlim planının hazırlanması və həyata keçirilməsi;
• Motivasiya sisteminin hazırlanması və tətbiq edilməsi.

Namizədə verilən tələblər:

• Ali təhsil (hüquqi, pedaqoji, filoloji);
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
• Kadr kargüzarlığının aparılmasına dair təlimatları bilmək;
• Müvafiq vəzifədə minimum 3 illik iş təcrübəsi;
• MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
• Ünsiyyət qura bilmə bacarığı.

İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.

Müraciət qaydası:

CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “İnsan Resursları şöbəsinin meneceri” yazmaqla göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP