Telemarketinq qrup rəhbəri
 
JOB TITLE: Telemarketinq qrup rəhbəri
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-15 LAST UPDATED: N/A DEADLINE: 2019-12-15



“Azərbaycan Beynəlxalq Bankı” Telemarketinq qrup rəhbəri vakansiyasını açıq elan edir. Bu yeni komandanın yaranmasında iştirak etmək üçün nadir bir fürsətdir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən Telemarketinq komandamıza qoşulmağa dəvət edirik! Telemarketinq qrup rəhbəri olaraq Siz bankın potensial müştərilərinə zənglərin edilməsindən, bankın təklif etdiyi məhsullarının satışını həyata keçirilməsindən və satış kvotasının yerinə yetirilməsindən məsul olan komandaya rəhbərlik edəcəksiniz.

Görəcəyiniz işlər:

 Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, iş modellərinin təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması
 Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmiləşdirilməsi
 Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi
 İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması
 Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak
 Bankın başqa departamentləri ilə müntəzəm şəkildə əlaqənin saxlanılması

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

 Adekvat əmək haqqı və bonus sistemi
 Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
 Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

 Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan
 Satış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan
 Münaqişələrə kreativ həll yolu tapan
 Analitik bacarığı olan
 Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən
 Güclü kommunikativ qabiliyyətə sahib olan
 Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına 30.11.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Telemarketinq qrup rəhbəri")

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP