Mağaza Müdiri
 
JOB TITLE: Mağaza Müdiri
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-15 LAST UPDATED: N/A DEADLINE: 2019-12-15

Vəzifə : Mağaza Müdiri

Şöbə: Əməliyyat
Tabeçilik: Bölgə Müdiri

Vəzifə öhdəlikləri:

 Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
 Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək
 Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
 Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək
 Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi
 Mağazada xidmət standartlarının həyata keçirilməsi
 Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək
 Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
 Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək
 Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq
 Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq
 Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək
 Karyera inkişafı imkanı
 Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə

Tələblər

- İş təcrübəsi 3-4 il
- Yaş 28 - 50
- Ali təhsil
- Həmin sektorda ən azı 3 – 4 il təcrübə arzuolunandır
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (orta)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook

Maraqı olan şəxslər CV-ni "Mağaza Müdiri" başlığı altında qeyd olunan elektron ünvanına göndərə bilərlər: hr@azerbaijansupermarket.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP