İnsan resursları əməliyyatlarının idarə edilməsi şöbəsinə mütəxəssis
 
JOB TITLE: İnsan resursları əməliyyatlarının idarə edilməsi şöbəsinə mütəxəssis
EMPLOYER: Damla Mebel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-18 LAST UPDATED: N/A DEADLINE: 2019-12-18



Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: İnsan resursları əməliyyatlarının idarə edilməsi şöbəsinə “mütəxəssis”

Vəzifə öhdəlikləri:

 Əmək müqavilələrinin tərtibi;
 Əmək kitabçalarının tərtibi;
 Elektron hökümət portalına dəyişikliklərin işlənilməsi (işə qəbul, azad, yerdəyişmə);
 Əmrlərin yazılması;
 Razılaşmaların tərtibi;
 İşçilərdən izahatların alınması, qeydiyyatının aparılması;
 Tabellərin yoxlanılması və tərtibi.
 1C proqramına məlumatların daxil edilməsi.

Namizədə tələblər:

 Biznesin təşkili və idarə edilməsi fakultəsi üzrə ali təhsilli;
 Təcrübə tələb edilmir;
 Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
 Analiz etmə bacarığı;
 Dəqiqlik və diqqətlilik;
 Word, Exel, Power-Point proqramlarından istifadə bacarığı;

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: 400 AZN, Sınaq müddətindən sonra 500AZN;
 Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan, Xırdalan və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.

Karyera hədəfi:

 İR sahəsində dərindən təcrübə toplamaq imkanı qazanmaq, bu sahədə şirkət daxili inkişaf etmək;
 1C 8.3 proqramının öyrədilməsi.

Qeyd: olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “İR mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP