Sales Manager
 
JOB TITLE: Sales Manager
EMPLOYER: AzTechno Diagnostics & Technical Supply Services LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-18 LAST UPDATED: 2019-11-18 DEADLINE: 2019-12-18



Sales Manager

İş barədə məlumat

- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə biznes münasibətlərinin yaradılması
- Müştərilərlə görüşlərin təşkil olunması
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- Gündəlik hesabatlar hazırlamaq
- İş rejimi: I-VI günlər 09:00-dan 18:00-dək
- Stabil əmək haqqı və mükafatlar

Namizədə tələblər

- Ali təhsil
- Yaş həddi 25-45
- Səlist danışığ tərzi, fikirləri aydın çatdırmaq.
- Azərbaycan,Rus və İnqlis dillərini bilmək
- Dürüst, məsuliyyətli və qoyulan tapşırıqları vaxtında yerinə yetirmək
- Hərəkətli iş rejimində işləyəməyi bacarmaq

Şirkət Hakkında məlumat :

"Az-Texnodiaqnostika və Texniki Təchizat Xidmətləri" şirkətinin əsası 2014-cü ildə qoyulmuşdur. Yerli şirkət olaraq Biz qaldırıcı qurğuların, metallurgiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların və tutumların quraşdırılmasını, təmirini və dağıdıcı olmayan üsullarla defektoskopiyasını həyata keçirdirik. Bununla yanaşı, yük altında olan avadanlıqların və qaldırıcı qurğuların yük testlərinin keçirdilməsi xidmətlərini təklif edirik. Bizim şirkət “ISO”, “API“ və “EU” standartlarına cavab verən, peşəkar, hərtərəfli inspeksiyanı və təhlükə potensiallı avadanlıqların və texniki qurğuların defektoskopiyası xidmətlərini müştərilərə təqdim edirik. Şirkətimiz "LEEA" Assossasiyasının inkişafda olan üzvüdür. Bizim mühəndis və inspektorlarımız böyük təcrübəyə arxalanan yüksək biliyə malikdirlər. Onlar bütün xidmətləri son proseduralara və protokollara uyğun həyata keçirdir və sizə təhlükəsiz iş mühitində fəaliyyətinizi davam etdirməyinizi təmin edirlər. Şirkətimiz tərəfindən istifadə olunan avadanlıqlar, yüksək keyfiyyət nümunəsi olaraq, inspektorlarımızın Sizə dəqiq, etibarlı və professional xidmət göstərməsinə xidmət edir.

Xahiş olunur, yalnız uyğun namizədlər info@aztexno.az e-ünvanına CV göndərsin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP