Mal-material üzrə mühasib
 
JOB TITLE: Mal-material üzrə mühasib
EMPLOYER: Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-18 LAST UPDATED: N/A DEADLINE: 2019-12-18

Mal-material üzrə mühasib

Namizədə olan tələblər:

- Ali iqtisadi təhsil;
- Ən az 1-3 il iş təcrübəsi (tikinti sektoruna üstünlük verilir);
- Mal material və anbar uçotu üzrə biliklər;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- MS Office proqramlarını və 1C proqramını bilməli;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlayır və nəzarət edir
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir
- Mal-materialların hərəkətinə dair məlumatlarını mühasibat proqramı (1C 8.3) bazasına əlavə edir
- İlkin sənədlərini qəbul edir və onlara nəzarət edir
- Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işlənməsini təmin edir
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edir;

Əmək şəraitinin şərtləri:

1. İş yeri Xırdalan şəhərində yerləşir
2. Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
3. 6 günlük iş rejimi
4. Nahar şirkət tərəfindən təmin edilir

Xahiş edirik, mövzu hissəsində “Mal-material üzrə mühasib” yazaraq, öz CV-lərinizi hr.construction@bk.ru e-poçt ünvanına göndərəsin

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP