IT üzrə mütəxəssis
 
JOB TITLE: IT üzrə mütəxəssis
EMPLOYER: IMAS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-18 LAST UPDATED: N/A DEADLINE: 2019-12-18

“IMAS” MMC işıqkeçirən, alümin və fasad konstruksiyaların işlənib hazırlanması, layihələndirilməsi, montajı üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir.

“IMAS” MMC 1995-ci ildə təsis edilib. Bu gün şirkət və onun törəmə müəssisələri Azərbaycan Respublikasında, Rusiya Federasiyasının bütün regionlarında və İran İslam Respublikasında fəaliyyət göstərir.

IT üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Kompüter avadanlığı və proqram təminatını quraşdırmaq, dəyişdirmək və təmir etməkdə köməklik etmək;
- Problemləri həll etmək üçün diaqnostik proqramlarını işə salmaq
- Yerli Şəbəkələr (LAN), Geniş Sahə Şəbəkələri (WAN) və digər sistemlərlə texniki problemlərin həllində İT komandasına kömək etmək;
- OS qurmaq kimi ümumi İT problemləri olan istifadəçilərə köməklik göstərmək və şəbəkə bağlantısını təmin etmək.
- Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;
- Diaqnostika üsulları və müvafiq suallar vasitəsi ilə problemlərin aradan qaldırılmasını həyata keçirmək;

Vəzifəyə olan tələblər:

- İnformasiya Texnologiyaları üzrə bakalavr dərəcəsi;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
- Dəyişən mühitə tez uyğunlaşmaq bacarığı;
- 1 ilədək iş təcrübəsi olan namizədlər də müraciət edə bilərlər.

Tələblərə cavab verən namizədlərdən mövzu başlığına vakansiyanın adını qeyd edərək t.tagiyev@imasrus.ru ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP