IT Layihə Meneceri
 
JOB TITLE: IT Layihə Meneceri
EMPLOYER: PASHA Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-18 LAST UPDATED: N/A DEADLINE: 2019-12-18

IT Layihə Meneceri

"PASHA Bank" ASC IT Layihə Meneceri vakansiyasını elan edir.

İŞ BARƏDƏ MƏLUMAT:

Həvalə edilmiş Strateji təşəbbüsün səmərəli şəkildə reallaşdırılmasına cavabdehdir. Biznes proseslərin effektivliyinə, strateji hədəflərə çatmaq üçün töhfə verir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks İT təşəbbüslərinin idarə edilməsi
• Strateji plan, məqsədlər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq
• Təşəbbüslərin strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onu birbaşa dəstəkləməsinin təmin edilməsi üçün əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi
• Təşəbbüslərin icrasının və qrup fəaliyyətinin izlənməsi və qiymətləndirilməsi
• İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, funksiyalararası müzakirələrdə iştirak
• Təşəbbüslərin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatın verilməsi
• Təşəbbüs müddətində işin sahiblənilməsi: layihənin uğurla həyata keçirilməsinə başlanma vaxtından tam icra edilməsi
• Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə

TƏLƏB OLUNANLAR:

• Təhsil: Maliyyə, İqtisadiyyat, IT sahəsində ali təhsil
• Tələb olunan iş təcrübəsi: proqram/layihə idarə edilməsi sahəsində minimum 3 il (IT layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək)
• Biznes və ya sistem analitika təcrübəsi olanlara üstünlük veriləcək
• İnformasiya Texnologiyaları və trendləri barəsində bilik (bank İT texnologiyaları sahəsində biliklər arzuolunandır)
• Layihə idarə edilməsi üzrə sertifikasiya arzuolunandır
• Xarici dillər: İngilis (səlis), Rus (səlis)
• Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira).

DİGƏR:

• Danışıqlar aparmaq və ünsiyyət qurmaq bacarıqları
• Nəticə yönümlülük;
• Güclü analitik və təqdimat bacarıqları;
• Stresə dayanıqlı;
• Fikirlərini aydın və strukturlaşdırılmış formada ifadə etmək qabiliyyəti.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 18.12.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “IT Layihə Meneceri” yazaraq göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP