Daxili Auditor
 
JOB TITLE: Daxili Auditor
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-18 LAST UPDATED: N/A DEADLINE: 2019-12-18

Avrora şirkəti Daxili Auditor vakansiyası elan edir!

Tələblər:

• İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
• Minimum 2 il mühasibat uçotu və ya audit sahəsində iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan - sərbəst, rus - orta, ingilis – orta (sərbəst bilən namizədlərə üstünlük veriləcək);
• MS Office proqramlarını sərbəst bilmək;
• Cinsi: Kişi;
• Yaş həddi: 25-40;

Sahə üzrə bilik və bacarıqlar:

• Daxili audit qaydalarını bilməli;
• Risklərin idarəedilməsini (o cümlədən, müxtəlif sahələrdə (satış, marketinq, logistika,istehsala və sair) iş təcrübəsinə malik olan);
• BMHS (o cümlədən, maliyyə konsolidasiyası);
• İqtisadi sahədə qanunvericiliyi bilməli;
• Mənimsəmə və saxtakarlığın idarəedilməsini;
• Korporativ idarəetməni;
• Logo Tiger ERP üzrə biliklər

Öhdəliklər:

• Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək;
• Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq;
• Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək;
• Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
• Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək;
• Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq;
• Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
• Korporativ idarəetmənin qiymətləndirilməsilə bağlı testlət aparmaq və tapşırıqları yerinə yetirmək;
• Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək;
• Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
• Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək;
• Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
• Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentinin adından iştirak etmək;
• Departament büdcəsinin hazırlamasında iştirak;
• Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
• Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

İş şərtləri:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• İş vaxtı: 09:00-dan 18:00-dək;
• İş yeri: Dərnəgül qəsəbəsi;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı müsahibə nəticəsinə əsasən təyin ediləcək

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Auditor” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP