Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi
 
JOB TITLE: Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-19 LAST UPDATED: N/A DEADLINE: 2019-12-19

Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Layihələrin portfelə daxil olunması üçün biznes keysləri araşdırıb rəhbərlik ilə razılaşdırmaq;
• Layihələr üzrə prioritetləri təyin edib icra vaxtlarını təyin etmək;
• Layihələrdə müşahidə olan dəyişikliləri rəsmiləşdirmək;
• Kurasıyada olan sahələr üzrə yüklülük dərəcəsini təhlil edir və müvafiq dəyişiklikləri həyata keçirmək;
• Layihə Portfeli üzrə dəyişikliklərin reyestri və sənəd arxivi aparmaq;
• Layihə portfeli üzrə büdcə və xərclərinə nəzarət etmək;
• Layihə ilə bağlı müvafiq məlumatları dəqiq və effektiv şəkildə layihə icraçılarına kommunikasiya etmək.

Tələblər:

• Layihələrin idarəedilməsi metodologiyalarına aid biliklər (həm Waterfall həmdə Agile/Scrum);
• Dil bilikləri: Azərbaycan-dili/Rus-dili /İngilis-dili;
• Layihə sənədləşməsini aparmaq bacarığı;
• Layihələrdə menecer və ya koordinator vəzifəsində iş təcrübəsi (1 ildən çox);
• Layihələrin idarəedilməsinə aid sertifikatların olması arzuolunandır.

CV-lərinizi, mövzu hissəsində “Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP