Risklərin idarə edilməsi departamentinin Təhlil şöbəsinin Rəisi
 
JOB TITLE: Risklərin idarə edilməsi departamentinin Təhlil şöbəsinin Rəisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-19 LAST UPDATED: N/A DEADLINE: 2019-12-19

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin Təhlil şöbəsinin Rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Kredit riskinin müəyyənləşdirilməsinə, qiymətləndirilməsinə, minimallaşdırılmasına və düzgün idarə edilməsinə dair tənzimləyici nəzarət çərçivəsinin yaradılması və təkmilləşdirilməsi;
• Risk Hesabatlıq sisteminin təkmilləşdirilməsinə və risk menecment alətlərindən istifadə edərək portfelin təhlil edilməsi;
• Problemli kreditlərin təqibi sisteminin qurulmasını (model, strategiya, mükafatlandırma sistemi və yığım alətlərinin yaradılmasını), optimallaşdırılmasını və nəzarəti;
• Likvidlik, bazar və digər (kapital və s) risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi;
• Risk limitlərinin, o cümlədən bankın Risk İştahasının hazırlanmasına dair təkliflər və risk limitlərinə riayət olunmasına nəzarət;
• Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsi;
• Risklərin idarə edilməsi, eləcə də bankın ümumi vəziyyəti ilə bağlı hesabatlığın hazırlanmasını və nəzarəti;
• İFRS standartlarına uyğun olaraq ehtiyatların yaradılması;
• İstehlak kreditləri üzrə anderraytinq skorinq modellərin yaradılması, təkmilləşdirilməsi, kalibrasiyası.

Tələblər

• Vətəndaş qüsursuzluğuna malik olma;
• Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili;
• Bank sektorunda azı 5 il, risk sahəsində azı 3 il iş təcrübəsi;
• Komputer biliyi: Office proqramlarından sərbəst istifadə;
• Xarici dil bilikləri: İngilis, Rus yaxşı səviyyədə bilmək(əlavə xarici dil bilikləri alqışlanır) ;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
• Digər: Liderlik, yüksək səviyyədə kommunikasiya bacarığı, analitik təhlil edə bilmə qabiliyyəti;
• Yüksək səviyyədə idarəetmə, işçiləri motivasiya etmə və təşkilatçılıq qabiliyyəti
• Qanunvericilik, sənədləşmə biliyi: Bankdaxili qaydaları, Bank qanunvericiliyini mükəmməl bilmək, Mülki məcəllə və Vergi məcəlləsində bank fəaliyyəti ilə bağlı maddələrini bilmək.
• Yüksək təzyiq, stress altında işləmək bacarığı.

CV-lərinizi, mövzu hissəsində “Risklərin idarə edilməsi departamentinin Təhlil şöbəsinin Rəisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP