İstehsalat müdiri (Üst Qurğuları və Metal Konstruksiya Zavodu)
 
JOB TITLE: İstehsalat müdiri (Üst Qurğuları və Metal Konstruksiya Zavodu)
EMPLOYER: Improtex Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-19 LAST UPDATED: N/A DEADLINE: 2019-12-19

İmproteks Şirkətlər Qrupuna aşağıdakı vakansiya üzrə işçi tələb olunur:

İstehsalat müdiri  (Üst Qurğuları və Metal Konstruksiya Zavodu)

Tələblər:

• Ali texniki təhsil
• 30-50 yaş
• 10 il iş təcrübəsi (üst qurğuları və metal konstruksiya sahəsi üzrə)
• Dil biliyi: Azərbaycan. Rus və ingilis dili biliyi arzuolunandır
• Texniki-mühəndis sənədlərlə (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) işləmək bcarığı.
• Yüksək idarəetmə bacarığı
• Microsoft Office

Vəzifələr:

• İstehsal proseslərinin vaxt analizini etmək və proseslərin inkişafını təmin etmək
• İstehsal planlarına əsasən iş qrafikini müəyyən etmək və qrafikə uyğun icrasını təmin etmək.
• Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabtalarını hazırlamaq.
• Anbar ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə).
• İllik büdcələrin hazırlanmasında iştirak etmək.
• İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək.
• Tabeçiliyində olan istehsal, qablaşdırma, proseslərin avtomatlaşdırılması, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək.
• İstehsalatda istifadə olunan bütün avadanlıqların təmir və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək.
• Planlaşdırılmış və plandan kənar təmir fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək.
• Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək.
• Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək.

İş şəraiti:

Həftə içi 6 gün iş
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Vəzifənin adını” qeyd etməklə öz CV-lərinizi hr@improtex.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP