FF Group of Companies
Hüquqşunas
Vəzifə və öhdəliklər:
• Hüquqi məsləhətlər və rəylərin verilməsi; • Müqavilələr və digər rəsmi sənədlərin hazırlanması və yoxlanılması; • Hüquqi sənədlərin qeydiyyatının aparılması; • Şirkətin fəaliyyəti ilə əlaqədar tələb olunan icazə, lisenziya və razılıqların alınması ilə bağlı hüquqi dəstək göstərilməsi; • Məhkəmə və digər dövlət orqanlarına müvafiq sənədlərin hazırlanması, məktubların cavablandırılması; • İşəgötürənin hüquqlarının məkhəmələrdə, hökümət orqanlarında və fiziki və hüquqi şəxslər qarşısında təmsil edilməsi.
Namizədə olan tələblər:
• Ali hüquqi təhsil; • Hüquq sahəsində 1-3 il iş təcrübəsi; • Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı; • Azərbaycan və rus dillərini səlis bilməli; • AR Mülki Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsini bilməli; • Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Şərtlər:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • Şirkət hesabına nahar; • Əmək haqqı müsahibə əsasında razılaşdırılır; • Şirkət daxili təlim və inkişaf imkanları
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “hüquqşunas” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@ffgroup.az elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
|