Təftiş üzrə mütəxəssis (Marketlər üzrə)
 
JOB TITLE: Təftiş üzrə mütəxəssis (Marketlər üzrə)
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-19 LAST UPDATED: N/A DEADLINE: 2019-12-19

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Vakansiya: Təftiş üzrə mütəxəssis (Marketlər üzrə)

Tələblər:

• Dil bilikləri: Azərbaycan dilini əla bilməli;
• MS Office (xüsusilə MS Excel) əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
• 1C 8.3 proqramı üzrə işləyə bilməli;
• Barkod cihazı ilə işləyə bilməli;
• Ezamiyyətlərə getmək imkanı olmalıdır.
• Marketlər sahəsində təcrübə üstünlükdür.

Əsas vəzifələr:

• Satışda olan məhsulların sayılması;
• Əmtəə görünüşünün yoxlanılması;
• Məhsulların qəbulunda iştirak edərək, onların sayımına, keyfiyyətinə nəzarət edilməsi;
• Məhsulların istehsal tarixlərinin yoxlanılması;
• Təftiş Departamentinin direktoruna müvafiq hesabatların verilməsi.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “ Təftiş üzrə mütəxəssis (Marketlər üzrə)” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 20.12.2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP