Kredit anderraytinq strukturunun meneceri
 
JOB TITLE: Kredit anderraytinq strukturunun meneceri
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-20 LAST UPDATED: N/A DEADLINE: 2019-12-20

AFB Bank Kredit anderraytinq strukturunun meneceri vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit və digər dəqiq və texniki sahələr);
• Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi sahəsində ən az 3 il rəhbərlik təcrübəsi;
• Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində dərin nəzəri və praktiki biliklər;
• Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər;
• Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə dərin biliklər;
• Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
• Analitik düşüncə qabiliyyəti və detallara qarşı diqqətli olabilmə;
• Strukturun işini qurmaq, idarə etmək və əməkdaşlarının işinə nəzarət etmək bacarığı;
• İri kreditlərin qiymətləndirilməsini və monitorinqini bilmək;
• Kredit reytinq və skorinq sistemlərinin qurulmasını bilmək.

İŞİN TƏSVİRİ:

• Strateji inkişaf planını əsas götürməklə, biznes kredit bazarını, müştəri istəklərini, filialların biznes kreditləşmə üzrə istəklərini, daxili kreditləşmə proseslərinin mütəmadi olaraq təhlil edilməsi;
• İdarə heyəti tərəfindən müəyyən olunmuş limitdən yuxarı biznes kreditləri üzrə bizneslərə və onların girovlarına yerində baxışda iştirak etmək;
• Biznes və mikro kreditlər üzrə kreditlərin qiymətləndirilməsi, rəy verilməsi və limiti daxilində kreditin verilməsi üzrə qərar qəbul edilməsi.;
• İdarə Heyətinin müəyyən etdiyi forma və müddətlərdə kredit biznesi üzrə hesabatlar hazırlanması;
• Götürülən girovların kreditə xidmət olunan dövrdə yenidən qiymətləndirilməsinin təşkil edilməsi;
• Bankın müştərilərinin akkreditivlər və qarantiyalar üzrə sifarişlərinin qiymətləndirilməsi, rəy verilməsi və limiti daxılındə qərar qəbul edilməsi;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit anderraytinq strukturunun meneceri” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP