Qrafik dizayner
 
JOB TITLE: Qrafik dizayner
EMPLOYER: Impler Agency DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-20 LAST UPDATED: N/A DEADLINE: 2019-12-20

Impler Digital Communication Agency QRAFİK DİZAYNER vakansiyası elan edir.

Qrafik dizaynerin əsas işi sosial media səhifələri və bəzi hallarda isə digər informasiya daşıyıcları üçün dizaynlar hazırlamaq olacaq. Bundan əlavə, bacarıq spektorunu artırmaq üçün digər audio-vizual materiallarla eksperimentlər edə bilər.

Şirkət haqqında ətraflı məlumat üçün: www.impler.com

Uyğun namizəd aşağıdakı tələblərə cavab verməlidir:

- Adobe Photoshop və Adobe Illustrator proqramlarında yüksək səviyyədə işləmək bacarığı (Adobe After Effects, Adobe Premier, 3D proqramlarını bilmək üstünlükdür);
- İş təcrübəsi: ən azı 2 il;
- Rəssamlıq qabiliyyəti olanlara üstünlük verilir;
- Motion design bacarığı böyük üstünlükdür.

Həmçinin,

- Öyrənməyə həvəsli;
- Yaradıcı və maraqlı ideyaları olan;
- İnterneti sevən;
- Dizayn yeniliklərini izləyən;
- Dizaynın gözəllik deyil, vizual tərtibat olduğunu başa düşən;
- İşinə qarşı diqqətli, məsuliyyətli və dəqiq olan;
- Dərhal işə başlamağa hazır olan.

Biz nə söz veririk:

- maaş: 900-1000 AZN (hazırlıq səviyyəsindən asılı olaraq).
- Mehriban iş mühiti;
- Professional dizayn avadanlığı;
- İşi üçün lazım olan istənilən avadanlığın, ədəbiyyatın alınması;
- rəsmi əmək müqaviləsi
- icbari tibbi sığorta

İş qrafiki: Həftə içi 9:30-18:30

Müraciət: Qeyd olunan tələblərə uyğunsunuzsa, CV və portfoliosunu cv@impler.com ünvanına göndərə bilərsiniz (məktubun mövzusu: "Qrafik dizayner")

Seçim qaydası:

1. Shortlist olunan namizədlərlə CV göndərdiyi andan etibarən 24 saat ərzində əlaqə saxlanılacaq.
2. Shortlist olunan namizədə xüsusi test tapşırıq veriləcək.
3. Test tapşırıq nəqaətbəxş olduğu halda 7 gündən gec olmayaraq iş təklifi veriləcək.
4. Elan müvafiq namizəd tapılana kimi qüvvədədir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP