Gəlmə (incoming) turizm üzrə satış mütəxəssisi
 
JOB TITLE: Gəlmə (incoming) turizm üzrə satış mütəxəssisi
EMPLOYER: SALAM Tourism & Travel DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-20 LAST UPDATED: N/A DEADLINE: 2019-12-20



“Barattson” MMC 2015-ci ilin Noyabr ayından etibarən müxtəlif sahələrdə fəaliyyət göstərir. Bu sahələrdən biri də turizm sahəsidir. Barattson turizm sahəsində “SALAM Tourism & Travel” brendi adı altında öz fəaliyyətini həyata keçirir. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn turistlərə yüksək şəkildə xidmət təqdim edir.

“SALAM Tourizm & Travel” Gəlmə (incoming) turizm üzrə satış mütəxəssisi vəzifəsinə vakansiya elan edir:

Əsas tələblər:

• Ali təhsil (Turizm sahəsi üzrə üstünlükdür);
• Kompüterdə sərbəst işləmək bacarığı (MS Office programları, Internet, MS Outlook, və s.),
• İngilis dili və ya rus dili üzrə səlis yazı və işgüzar danışıq bacarığı,
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti,
• Turizm sahəsində ən az 2 il iş təcrübəsi,
• Məsuliyyətli, işgüzar və problemləri həll etmək bacarığının olması

Vəzifə öhdəlikləri:

• Xaricdən gələn qonarların qarşılanıb və yerləşdirilməsinin təmin edilməsi
• Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
• Mövsümə və tələbə uyğun fərdi və qrup turlarının hazırlanması, bununla bağlı müvafiq, hesablamaların aparılması,
• Turların maraqlı olması üçün yeni ideyaların hazırlanması,
• Otellərin bronlaşdırılması, otellərlə müqavilələrin yenilənməsi,
• Yeni müştəri bazasının axtarılması, xarici şirkət və turistlərin cəlb edilməsi,
• Səfər proqramlarının gedişatına nəzarət edilməsi və s.
• Elektron ünvana gələn məktubların vaxtında və çevik formada cavablandırması,
• Viza müraciəti üçün sənədlərin hazırlanması və anket formalarının doldurulması,
• Müdriyyətin tapşırıqlarının vaxtında və məsuliyyətli şəkildə yerinə yetirilməsi,

Şəxsi keyfiyyətlər:

• Dürüst, diqqətli,detallara fikir verən
• Aktiv, çevik və özünü daim inkişaf etdirən
• Məsuliyyətli, işgüzar və problemləri həll etmək bacarığı olan

İş qrafiki : 6 iş günü, istirahət günü- bazar günü
Əmək haqqı: razılaşma yolu ilə

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə “Gəlmə (incoming) turizm üzrə satış mütəxəssisi ” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 10 dekabr 2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP