Sürücü - Ekspeditor
 
JOB TITLE: Sürücü - Ekspeditor
EMPLOYER: Azerbaijan Poultry Company DUTY STATION: Azərbaycan
PUBLISHED: 2019-11-21 LAST UPDATED: 2019-11-28 DEADLINE: 2019-12-21

Tutduğu vəzifə: Sürücü - Ekspeditor

Struktur bölmə : Satış şöbəsi
Kimə hesabat verir: Bölgə müdiri
Bilavasitə tabeçiliyində olanlar: Yoxdur

Əsas vəzifələri

• Şirkətin satişa buraxılan mallarını müəyyən edilmiş qaydada pərakəndə və/və ya topdan satış üçün satış nöqtələrinə vaxtlı-vaxtında çatdırmaq, qanunla müəyyən olunmuş qaydada satmaq, malların satışı ilə əlaqədar məlumat və/və ya hesabatları şirkətə təqdim etmək.
• Təhvil aldığı malları saymaq, onların keyfiyyətinə və qablaşdırılmasına nəzarət etmək, keyfiyyət üzrə müqayisə etmək.
• anbardan qəbul etdiyi malları qaimə üzrə keyfiyyət (növlər, saxlanma müddətləri, çəki) və kəmiyyət üzrə yoxlayıb, Malların təhvil-təslim Aktı ilə rəsmiləşdirmək.
• Qəbul etdiyi malları sifarişçilərə nəql etmək və paylaşdırmaq, o cümlədən, a) təhvil alınan malların keyfiyyətinə (növlər, saxlanma müddətləri, çəki üzrə uyğunluğuna)və kəmiyyətinə görə tam məsuliyyətini üzərinə götürərək, təhvil alınan partiyaya daxil olan mal vahidlərini saymaq, onların keyfiyyətinə və qablaşdırılmasına nəzarət etmək, keyfiyyət üzrə müqayisə etmək, b) buraxılış qaiməsində göstərilən malları anbardan təhvil aldığı və malların təhvil-təsliminin bütün şərtləri ilə razı olduğu halda,  malların qəbulunu qaimədə öz imzası ilə təsdiqləmək c) qəbul etdiyi malları sifarişçilərə/satış nöqtələrinə paylaşdırmaq üçün yola düşmək.
• Mallar sifarişçilərə/satış nöqtələrinə paylaşdırılan zaman Satış və sifariş üzrə xüsusi qeydiyyat blankları rəsmiləşdirmək, habelə artıq rəsmiləşdirilmiş blankları şirkətə  təhvil vermək. Qeyd:Sürücü ekspeditor rəsmiləşdirilmiş satış və sifariş üzrə xüsusi qeydiyyat blanklarını  təhvil verərkən onlara mütləq müvafiq sifarişçilərin/satış nöqtələrinin rəsmiləşdirdiyi qaimələrin əsllərini də qoşmalıdır.
• Satışa apardığı malların və satışdan əldə etdiyi pul vəsaitinin dövriyyəsi barədə dəqiq və ətraflı gündəlik yazılı hesabatlar hazırlayıb şöbəyə  təqdim etmək.
• Tələb olunan blankları və hesabat formalarını aydın və dəqiq doldurmaq.
• Malları satışa çatdıraraq və sataraq: a) malların satış görünüşünü təmin etmək b) malları çeşidlər üzrə və səliqəli yerləşdirmək c) lazım olan təqdirdə, Firma və/və ya şöbə rəhbərinin göstərişi ilə satış nöqtələrində müvafiq reklam materiallarını yerləşdirmək.
• Şirkətin ona verdiyi avadanlığı, əmlakı, satış üçün verdiyi malları qorumaq və salamatlığını təmin etmək.
• Əmək, icra və istehsal intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə şərtsiz riayət etmək.
• Sürücü-ekspeditor avtomobili professional  idarə etməli, habelə avtomobilin texniki saz vəziyyətdə olmağını təmin etməlidir. Tələb edilmədikdə səs siqnallarından istifadə etməməli və irəlidə gedən hər hansı bir avtomobili ötüb keçməməlidir. Sürücü-ekspeditor yolda yaranan istənilən vəziyyəti  qabaqcadan təyin etməli, habelə qəza vəziyyəti yaratmayan müvafiq hərəkət sürətini, məsafəni  müəyyən etməlidir.
• Avtomobili, görünmə dairəsindən çıxdıqda, imkan verilən qısa müddətə belə  qaçırılma  və ya onun salonundan hər hansı bir əşyanın oğurlanmasının qarşısını almaq məqsədilə,  nəzarətsiz qoymamaq.
• Avtomobilin salonunu istənilən halda tərk edərkən, mütləq səs sistemi qoşulmalıdır. Avtomobil hərəkət edərkən və ya  dayananda qapıların hamısı bağlı saxlamalıdır. Avtomobili tərk edərkən potensial təhlükənin olmamasına əmin olmalıdır.
• Avtomobilin texniki vəziyyətinə nəzarət etməli, tələb edilərsə müstəqil olaraq, təhlükəsiz idarəetmə qaydalarına əsasən, müvafiq işləri görmək, vaxtaşırı texniki qulluq və baxışı təmin etməli.
• Mühərriki və salonu təmiz vəziyyətdə saxlamalı
• Sürücü-ekspeditor sağlamlığı barədə bilavasitə rəhbərinə məlumat verməlidir.
• Sürücü-ekspeditor avtomobili idarə etməzdən əvvəl və ya edəndə diqqəti azaldan, reaksiyanı və işləmək qabiliyyətini yubandıran spirtli, psixotrop, sakitləşdirici, yuxugətirici, antidepressiv və digər vasitələrdən istifadə etməməlidir
• Sürücü-ekspeditor özbaşına olaraq, kənar sərnişinləri və ya yükləri daşımamalı, habelə rəhbərliyin icazəsi olmadan şəxsi məqsədləri üçün istifadə etməməlidir. O, həmişə avtomobildə və ya bilavasitə onun yaxınlığında olmalıdır.
• Bilavasitə müdirinin digər göstərişlərini öz səlahiyyəti çərçivəsində keyfiyyətlə və  vaxtlı-vaxtında yerinə yetirmək.
• Sürücü-ekspeditora onun ixtisasına və vəzifə səlahiyyətlərinə uyğun digər işlər də həvalə edilə bilər.
• Sürücü ekspeditor Satış işinin əsaslarını, o cümlədən bu işin nəzəriyyəsini və təcrübəsini, satış işi üzrə zəruri sənədlərin işlənib hazırlanması, onların icrasına nəzarət edilməsi qaydalarını, Şirkətin fəaliyyət istiqamətlərini, struktur quruluşunu, inkişaf strategiyasını, yol hərəkət qaydalarını və onların pozulmasına görə, müvafiq inzibati məsuliyyət cəlb olunacağını, avtomobilin texniki əsaslarını və ümumi quruluşunu, cihazların və sayğacların göstəricilərini, habelə idarəetmə elementlərini, siqnalizasiya sisteminin qoşulması və dayandırılması, onun işləməsi şəraiti, avtomaşını təmiz, salonu səliqəli və uzun müddət istifadəyə hazır olunması qaydalarını bilmək.

Müraciət etmək istəyənlərdən məktubun mövzu hissəsində Sürücü-Ekspeditor qeyd etməklə CV-i hr@apc.az göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP