İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi
 
JOB TITLE: İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-21 LAST UPDATED: N/A DEADLINE: 2019-12-21

Bank Respublika ASC İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• DLP sisteminin tətbiqi və idarəedilməsi;
• Baş vermiş insidentlərin araşdırılması və təhlili;
• İnformasiya təhlükəsizliyinə dair prosedurların, siyasətlərin yazılması və test olunması;
• İnformasiya təhlükəsizliyi standartlarının tətbiq olunması və onlara əməl edilməsinə nəzarət.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla) Rus və İngilis dili (yaxşı);
• Şəbəkə avandanlıqlarının (router, switch, access point, firewall və.s) əsas parametrlərinə dair biliklər;
• DLP sistemlərinin işləmə mexanizmi barədə dərin biliklər;
• Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
• Anti-virus, Anti-Malware sistemləri üzrə biliklər;
• Email təhlükəsizliyi sistemləri üzrə biliklər;
• Monitorinq sistemləri üzrə biliklər;
• İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 dekabr 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP