Biznesin inkişafı direktorunun assistenti
 
JOB TITLE: Biznesin inkişafı direktorunun assistenti
EMPLOYER: Agro-West DC LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-21 LAST UPDATED: 2019-11-22 DEADLINE: 2019-12-21

Biznesin inkişafı direktorunun assistenti

Namizədə tələblər:

- Ali təhsil (İqtisadiyyat və ya idarəetmə yönümlü)
- Layihələrin tərtibi və idarəolunması bilikləri
- Analiz etmə, sistemli araşdırma bacarıqları
- Detallara qarşı diqqətli olma
- İş cədvəlinin tərtibi və qrafik üzrə iş bacarığı
- Layihələri təqdim etmə bacarıqları (Microsoft Office PowerPoint)
- Azərbaycan və rus dillərində işgüzar danışıqlar - səlist danışıq və savadlı yazı (İngilis dili əlavə üstünlükdür)
- Microsoft Office Word, Excel, PowerPoint proqramlarını yüksək səviyyədə bilmək vacibdir. (1C bilikləri əlavə üstünlükdür)

İqtisadi, xüsusilə maliyyə sahəsində təməl bilikləri olanlara üstünlük verilir.

İş öhdəlikləri:

- İşin xarakterinə görə direktorun qrafikinin müddətlərə görə qruplaşdırılması
- Şirkətin digər struktur vahidləri ilə koordinasiyanın təmin olunması
- Görüləcək işlərin prioritet prinsiplərə görə cədvələ salınması
- Müxtəlif hesabatların hazırlanması
- Araşdırma üçün verilən tapşırıq üzrə yerli və xarici bazarlardan məlumatların işlənib hazırlanması
- Yerli və xarici partnyorlara maillərin yazılması, gedişatın izlənməsi
- Hər bir verilən tapşırığın son nəticələrinə dair hesabatların hazırlanması
- Mütləq tələb olmasa da mümkün situasiyada yaxın bölgələrə səfər imkanları

Yuxarıda təsvir olunan iş yeri multifunksional işləri özündə cəmləşdirməklə seçiləcək namizədə iş zamanı, həm də bir sıra dəyərli praktik təlim və karyerasının sonrakı mərhələlərində lazım olacaq vacib vərdiş və universal biliklər əldə etmək imkanı qazandırmış olur.

Əmək haqqı namizədə görə təyin olunacaqdır.

Şirkət tərəfdən:

- Nahar
- Korporativ nömrə

E - mail : hr@agrowestdc.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP